Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

112 – zəng mərkəzi

  • texnogen mənşəli qəza və təbii fəlakətlər baş verdikdə;
  • yanğın baş verdikdə və ya yanğın törədə biləcək hallar yarandıqda;
  • uşaq, yaşlı və ya xəstə insanlar bağlı qapı arxasında və ya hər hansı köməksiz vəziyyətdə qaldıqda;
  • ağır yol-qəza hadisəsi baş verdikdə;
  • tikintidə və sənaye müəssisələrində qəza baş verdikdə, həmçinin, qəzaya səbəb ola biləcək hal müşahidə edildikdə;
  • su hövzələrində xilasetmə işlərinin həyata keçirilməsinə ehtiyac yarandıqda;
  • radioaktiv, kimyəvi və digər təhlükə potensiallı maddələr, onların daşınması üçün istifadə olunan konteynerlər, habelə partlayıcı maddə və silah-sursat aşkar olunduqda-itirildikdə;
  • digər qəzalar zamanı yardıma ehtiyac yarandıqda;
  • digər xidmətlərlə (102, 103, 104) əlaqə yaratmaq mümkün olmadıqda

 

112 nömrəli telefona müraciət edə bilərsiniz.

“112 zəng mərkəzi”nə respublika ərazisində şəhərdaxili, GSM (“Azercell”, “Bakcell”, “Nar Mobile”) və CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur.

"112 zəng mərkəzi"nin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.


 

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu