Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“112” qaynar xətti

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng etməklə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür.

“112” qaynar xəttinə bu hallarda müraciət etmək olar:

- yanğın, partlayış, tikinti və sənaye sahələrində qəzalar, digər təbii və texnogen fövqəladə hallar  baş verdikdə və ya yaranma təhlükəsi olduqda;

- köməksiz vəziyyətdə qaldıqda;

- su hövzələrində köməyə ehtiyac yarandıqda;

- ağır yol-nəqliyyat hadisəsi baş verdikdə;

- radioaktiv, kimyəvi və digər zəhərli maddələr və ya onların daşınması üçün istifadə olunan konteynerlər, habelə partlayıcı maddələr və silah-sursat aşkar olunduqda (və ya itirildikdə);

- digər xidmətlərlə (102, 103, 104) əlaqə yaratmaq mümkün olmadıqda.

“112” qaynar xəttinə zəng edən şəxs hadisə barədə ətraflı məlumat (ünvan, hadisənin xarakteri və s.) verməli, operatorun suallarını cavablandırmağa çalışmalıdır.

Sutkanın istənilən vaxtı “112” qaynar xəttinə sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və  mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur və müvafiq strukturlar xəbərdar edilir.

 

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu