Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Fövqəladə Hallar Nazirliyi www.fhn.gov.az elektron ünvanında yerləşən rəsmi internet informasiya resursunun tam yenilənmiş versiyasını istifadəyə verib.  İnternet informasiya resursunun yenidən hazırlanmasında məqsəd, ilk növbədə, istifadə rahatlığına, naviqasiya sadəliyinə malik, eləcə də, müasir dizayn tendensiyaları və kibertəhlükəsizlik tələblərinə cavab verən, fərqli və diqqətçəkən məhsulun təqdim edilməsi olub. 

Hazırlıq prosesində dövlət strukturlarının internet informasiya resurslarına tətbiq edilən qanunvericilik tələbləri nəzərə alınıb. İnternet informasiya resursunda Nazirlik tərəfindən həyata keçirilən işlər, yeniliklər barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Əsas səhifədəki müvafiq kateqoriyalarda Nazirlik haqqında, ümumi qanunvericilik bazası, faydalı keçidlər, media üçün müxtəlif məlumatlar, maarifləndirmə, təlimlər, statistik məlumatlar, elanlar və s. yeni üslubda təqdim edilir. Əlavə olaraq, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər sisteminə keçid imkanı yeni internet informasiya resursunda daha əlçatan təqdim edilib, bölmənin funksionallığı artırılıb. Həmçinin, fiziki məhdudiyyətli şəxslərin internet informasiya resursundan istifadəsini genişləndirmək məqsədilə "Müyəssərlik menyusu" da əlavə olunub.


 

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu