Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

26 aprel 2012-ci il saat 11:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər...

26 aprel 2012-ci il, saat 09:00-dək

Xaçmaz rayonu, Niyazoba kəndində (rayon mərkəzindən 2 km aralı) "EK-12" markalı ekskavatorun mühərrikində elektrik avadanlığı yanmışdır. Ekskavatorun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

25 aprel 2012-ci il, saat 18:00-dək

Yağan yağışlarla əlaqədar Dəstəmaz və Qaraçay çaylarının Qəbələ rayonu, Vəndam qəsəbəsindən keçən hissələrində daşma müşahidə olunmuş, bəzi ərazilər su ilə dolmuşdur.

25 aprel 2012-ci il saat, 11:30-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lerik rayonu, Çayrud kəndində suvarma üçün nəzərdə tutulmuş süni sututarın bəndi dağılmışdır.

25 aprel 2012-ci il, saat 09:00-dək

Lerik şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır.

24 aprel 2012-ci il, saat 12:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının kilidində yaranmış nasazlıq səbəbindən 1944-cü il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını...

24 aprel 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobili çuxura düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi zədələnmiş, sürücü avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qapıları açmış və sürücünün avtomobildən çıxmasına kömək etmiş, habelə...

23 aprel 2012-ci il saat 11:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobili çuxura düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi zədələnmiş, sürücü avtomobildə sıxılmış vəziyyətdə qalmışdır...

23 aprel 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır...

23 aprel 2012-ci il,saat 00:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1991-ci il təvəllüdlü İsmayılov Tural Nazim oğlu Kür çayının Şəmkir rayon, Daşbulaq kəndi ərazisindən keçən hissəsində çimərkən batmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr