Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 iyul 2013-cü il saat 01:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu, Səmədabad kəndində suvarma kanalında (nəzarət olunmayan ərazidə) 1 nəfər batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanmışdır. Əlavə məlumat veriləcək.

16 iyul 2013-cü il saat 01:30-dək:

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərsinə yığılmış 600 kq ot bağlaması yanmışdır...

15 iyul 2013-cü il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmiş və dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:05-də başa çatmışdır.

15 iyul 2013-cü il saat 16:50-dək:

Şəmkir rayonu, Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m  olan talvarın yanar konstruksiyaları 10 kv.m sahədə və altına yığılmış ümumi 6 ton ot bağlamasının 4 tonu yanmışdır...

15 iyul 2013-cü il saat 10:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır...

15 iyul 2013-cü il saat 08:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda qaldırıcı kranın kabinə hissəsi yanmışdır. Kranın qalan hissələri yanğından mühafizə olunmuş...

15 iyul 2013-cü il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 7 nəfər...

14 iyul 2013-cü il saat 22:00-dək:

Yardımlı rayonu, Ləzir kəndində (rayon mərkəzindən 54 km aralı) 10 ha biçilməmiş taxıl sahəsi və 13 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçiımiş...

14 iyul 2013-cü il saat 19:00-dək:

Cəlilabad rayonu, Boyxanlı kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1,200 kq ot bağlaması yanmışdır...

14 iyul 2013-cü il saat 18:00-dək:

Şirvan şəhərində bələdiyyəyə məxsus ərazidə 25 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur....

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr