Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 aprel 2015-ci il saat 04:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır.

11 aprel 2015-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş vermişdir...

10 aprel 2015-ci il saat 20:45-dək:

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

10 aprel 2015-ci il saat 14:15-dək:

Yevlax rayonu, Balçılı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli kürsülü 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 155 kv.m sahədə yanmışdır.

10 aprel 2015-ci il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdam rayonu, Quzanlı qəsəbəsində mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

09 aprel 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Neftçala rayonu, Beştalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bərbərxananın yanar konstruksiyaları yanmışdır.

09 aprel 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olmuşdur.

09 aprel 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

09 aprel 2015-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd divan və 1 ədəd döşək qismən yanmışdır.

09 aprel 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

07 Aprel 2015-ci il tarixində Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr