

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında" Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında" 2007-ci il yanvarın 30-da Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
№ 271-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Mülki Müdafiə və Təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti,
təbii və texnogen mənşəli fövqəladə halların Tərəflər üçün törədə biləcəyi təhlükəni dərk edərək,
mülki müdafiə əməkdaşlarının təlimi, mülki müdafiə və təhlükəsizlik sahəsində Tərəflərin səlahiyyətli qurumlan arasında məlumat mübadiləsini və əməkdaşlığı möhkəmləndirməyin vacibliyinə əmin olaraq,
iki dövlət arasındakı əlaqələri şərtləndirən dostluq və əməkdaşlıq münasibətlərini nəzərə alaraq,
20 dekabr 1993-cü il tarixində Paris şəhərində Azərbaycan və Fransa Respublikaları arasında imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Saziş"ə əsaslanaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
SAZİŞİN MƏQSƏDİ, ƏHATƏ DAİRƏSİ VƏ ƏSAS ANLAYIŞLAR
Maddə 1
Sazişin məqsədi
Bu Saziş təbii fəlakət və ya texnogen qəza zamanı, diplomatik yolla və ya bu Sazişin 4-cü maddəsinin 2-ci bəndində Tərəfləri təmsil edən adıçəkilən səlahiyyətli orqanlar vasitəsilə müraciət edilərkən, könüllü qarşılıqlı yardımı həyata keçirmək şərtlərini müəyyən edir.
Bu yardım xilasedici qrupların göndərilməsindən, avadanlıqlarla təchizatdan və informasiya verilməsindən ibarətdir.
Maddə 2
Sazişin əhatə dairəsi
Bu Sazişdə müəyyən edilən əsaslar, Tərəflərin dövlət sərhədləri ilə müəyyən olunan ərazilərində baş verə biləcək təbii fəlakətlər və texnogen qəzalar, həmçinin fövqəladə halların idarə edilməsi sisteminin mərhələləri Tərəf dövlətlərin səlahiyyətli orqanları arasında müəyyənləşdirilmişdir. Tərəflər bu Sazişin əhatə dairəsini, həmçinin əməkdaşlığın həyata keçirilmə şərtlərini əlavə protokollar vasitəsilə dəyişdirə və ya genişləndirə bilərlər.
Maddə 3
Əsas anlayışlar
Bu Sazişin məqsədləri üçün:
"Müraciət edən Tərəf mütəxəssislərin, xilasedicilərin və ya xilasetmə avadanlıqlarının göndərilməsi barədə digər Tərəfin yardımı üçün müraciət edən Tərəfdir;
"Müraciət edilən Tərəf yardım üçün müraciəti alan Tərəfdir;
"Xilasetmə qrupu" müraciət edən Tərəfin müraciəti əsasında hadisə yeri-nə təcili ezam edilən xilasedicilər qrupunun üzvləri və ya mütəxəssislərdir;
"Fövqəladə hal" ciddi insan itkisi ilə nəticələnə bilən və ya əhaliyə və ətraf mühitə ciddi zərərli təsiri ola bilən təbii və ya texnogen mənşəli fəlakətin baş verməsidir;
"Xilasetmə vasitələri" xilasetmə qruplarının istifadəsi üçün nəzərdə tutulan və hər bir tapşırıq üçün gətirilən avadanlıq, vasitələr və digər mallardır;
"Təchizat əşyaları" xilasetmə qruplarının istifadəsi üçün nəzərdə tutulan materiallar, maşınlar və fərdi təchizat əşyaları;
"İstismar avadanlıqları" təchizat əşyalarının istifadəsi və xilasetmə qruplarının fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulan mallardır.
SAZİŞİN HƏYATA KEÇİRİLMƏSİ, ƏMƏKDAŞLIQ SAHƏLƏRİ, QARŞILIQLI ƏMƏKDAŞLIQ VƏ YARDIMIN FORMALARI
Maddə 4
Sazişin həyata keçirilməsi
Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakılar Tərəflərin səlahiyyətli orqanları kimi təyin edilirlər:
Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi;
Fransa Respublikası Hökuməti adından - Fransa Respublikası Daxili İşlər və Ərazilərin Abadlaşdırılması Nazirliyi.
Tərəflər səlahiyyətli orqanların təyin edilməsi ilə bağlı bütün dəyişikliklər barədə bir-birlərinə diplomatik kanallar vasitəsilə məlumat verməlidirlər.
Yardım üçün müraciət şifahi şəkildə ifadə olunduğu təqdirdə, həmin müraciət ən qısa zaman ərzində yazılı olaraq təsdiq edilməlidir.
Maddə 5
Əməkdaşlıq sahələri
Tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlıq edəcəklər:
təbii və texnogen mənşəli fövqəladə halların xəbərdar edilməsi və qarşı-sının alınması;
təbii (zəlzələ, daşqın, tufan, meşə yanğınları və s.) və ya texnogen (sənaye qurğularında və müəssisələrində yanğınlar və partlayışlar, təhlükəli maddələr daşıyan dəmir yolu, hava, dəniz və quru nəqliyyat vasitələrinin qəzası və s.) mənşəli fövqəladə hal təhlükəsi ilə üzləşən insanların, əmlakın və ətraf mühitin müdafiəsi və onlara dəyən ziyanın aradan qaldırılması;
Fransa Tərəfi Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün:
1. a) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qurumlarının işinin təkmilləşdirilməsi məqsədilə fəaliyyət planının işlənib hazırlanmasına yardım edir;
2. b)Azərbaycan tərəfinə fövqəladə halların xəbərdar edilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq texniki material və avadanlığın alınması üçün istehsalçıların seçilməsində yardım edir;
1. c) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin maddi texniki bazalarının gücləndirilməsi istiqamətində əməkdaşlıq edir və sözügedən strukturların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində birgə tədbirlər planının işlənməsində iştirak edir;
2. d) neft dağılmaları nəticəsində yaranmış fövqəladə halların aradan qaldırılması ilə bağlı tədbirlər planının işlənib hazırlanmasında iştirak edir və onun həyata keçirilməsi barədə təkliflər verir;
3. e) mülki müdafiə sahəsində müasir tədqiqat laboratoriyasının yaradılması barədə təkliflər verir;
4. f) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin işinin təşkili, o cümlədən əməliyyat zalının yaradılması sahəsində əməkdaşlıq edir;
çimərliklərdə və açıq dənizdə insanlara yardım göstərilməsi də daxil olmaqla, Xəzər dənizində xilasetmə işinin təşkili sahəsində əməkdaşlıq;
fövqəladə hallar zamanı qarşılıqlı humanitar yardımın göstərilməsinin təşkili;
Tərəflərin birgə razılığı əsasında digər sahələrdə əməkdaşlıq münasibətlərinin qurulmasının təmin edilməsi.
Bu əməkdaşlıq Tərəflərin hər birinin büdcə imkanları və ehtiyatlan çərçivəsində həyata keçirilir.
Maddə 6
Qarşılıqlı əməkdaşlıq və yardımın formaları
Bu Saziş çərçivəsində əməkdaşlığın formaları aşağıdakıları əhatə edir:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qurumlarının əməkdaşlarının ümumi və ixtisas üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi;
Azərbaycan Respublikasmm Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabit heyətinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi;
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğına Nəzarət Xidməti əməkdaşlarının peşə hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə birgə tədbirlərin görülməsi, mübadilə proqramlarının həyata keçirilməsi;
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşlarının təhsil və təlimi, onların qarşılıqlı mübadiləsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Elm-Tədris Mərkəzi nəzdində Fransa təcrübəsinə əsasən tədris müəssisəsinin təşkil olunması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi;
birgə texniki seminarlarda, sərgilərdə və ekspozisiyalarda iştirak etmək;
hər iki Tərəfin qarşılıqlı olaraq razılaşdırdığı əməkdaşlığın digər formalarını həyata keçirmək;
Tərəflər təbii və texnogen mənşəli fövqəladə hallar zamanı qarşılıqlı yardımı aşağıdakı qaydalara əsasən həyata keçirirlər:
1. 1. fövqəladə hal zamanı hər bir Tərəf digər Tərəfin rəsmi müraciəti əsasında bütün mümkün yardımı həyata keçirir. Yardım haqqında müraciət ənənəvi diplomatik kanallar vasitəsilə bildirilməlidir. Bu müraciətə fəlakətin forması, onun miqyası, ciddiliyi və yardım ehtiyacları barədə ilkin hesablamalar daxil edilməlidir;
2. 2. yardım müraciəti texniki ekspertiza, yaxud əlavə xilasetmə vasitələrinin təminatı barədə ola bilər;
3. 3. yardım haqqında müraciətin alınması müraciət edilən Tərəfin dərhal müsbət cavab verməsini şərtləndirmir. Tərəflərdən hər biri ona yardım üçün müraciət edilən zaman yardım edib-etməmək barədə qərar qəbul etmə müstəqilliyini tam özündə saxlayır və onun öz ərazisində mümkün təhlükələri, apardığı xilasetmə işlərini və xilasetmə qruplarının məşğulluq dərəcəsini nəzərə alaraq qərar verir;
4. 4. müraciət edilən Tərəf ən qısa zamanda müraciət edən Tərəfə onun müraciətinə verəcəyi cavab barədə məlumat verir. Həmin cavabda müraciət edilən Tərəf müraciət edən Tərəfə ediləcək yardımın nədən ibarət olacağı, xilasetmə qruplarının tərkibi, ekspertlərin ixtisas səviyyəsi, təchizat əşyaları, çatdırılacaq istismar avadanlıqları barədə dəqiqləşdirilmiş məlumat verir. O, həmçinin hadisə yerinə getmək üçün istifadə olunan nəqliyyat vasitəsini də
göstərməli və nəzərdə tutulan sərhəd keçid məntəqəsini bildirməlidir.
TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ SAZİŞLƏ BAĞLI BAŞLICA ŞƏRTLƏR
Maddə 7
Tərəflərin öhdəlikləri
1. 1. Yardım göstərilməsi üçün hava nəqliyyatı vasitəsinin verilməsi ilə bağlı müraciət niyyəti müraciət edilən Tərəfin səlahiyyətli orqanlarına vaxt itirmədən bildirilməlidir. Bu barədə razılığa gəldikdə, müraciət edilən Tərəf hava nəqliyyatı vasitəsinin növü və markası, onun ekipajının tərkibi və yükü, yola düşmə saatı, nəzərdə tutulan uçuş planı və enmə yeri barədə dəqiq məlumat verməlidir.
2. 2. Yardım göstərilməsi üçün hava nəqliyyatı vasitəsinin verilməsi hər iki Tərəfin hava nəqliyyatı ilə bağlı qanunvericiliyi əsasında həyata keçirilməli və hava nəqliyyatına nəzarət edən səlahiyyətli orqanlara uçuşlar barədə məlumat verilməlidir.
3. 3. Müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupuna bütün lazımi təlimatlan vermək və axtarış-xilasetmə əməliyyatlarını idarə etmək müraciət edən Tərəfin səlahiyyətli qurumlarının üzərinə düşür.
4. 4. Müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupunun üzvləri onların müdaxiləsini tələb edən bütün yerlərə müraciət edən Tərəfin onlara tapşırdığı zonanın sərhədləri çərçivəsində sərbəst girib-çıxa bilərlər.
5. 5. Ehtiyac olduğu təqdirdə, müraciət edilən Tərəf müraciət edən Tərəfin xilasetmə qruplarını tərcüməçi və axtarış-xilasetmə əməliyyatlarının baş qərargahı ilə əlaqə saxlamaq üçün ötürücü vasitələrlə təmin edir.
6. 6. Müdaxilələrin səmərəliliyini və sürətliliyini təmin etmək məqsədilə hər bir Tərəf sərhəddə keçid prosedurlarını sadələşdirməlidir.
7. 7. Bunun üçün müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupunun hər bir üzvünün etibarlılığı qüvvədə olan şəxsiyyəti təsdiq edən sənədləri olmalıdır. Xilasetmə qrupunun üzvləri missiya müddəti ərzində müraciət edən Tərəfin ərazisində vizasız və ona bərabər digər icazə olmadan qala bilərlər. Onlar həmin tərəfin ərazisində mövcud olan qanunlara və qaydalara riayət və hörmət etməlidirlər.
Maddə 8
Sazişlə bağlı başlıca şərtlər
1. 1. Müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupunun rəhbəri xilasetmə missiyasını təsdiq edən sənədə, habelə bu qrupun tərkibindəki birləşmələrin növü və üzvlərinin sayı haqqında məlumatı əks etdirən sənədə malik olmalıdır. Bu sənəd xilasetmə qrupunun təhkim olunduğu idarə tərəfindən verilməlidir.
2. 2. Müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupunun üzvləri müraciət edən Tərəfin ərazisində xilasetmə işləri apararkən öz uniformalarını geyə bilərlər
3. 3. Müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupunun üzvləri tərəfindən müraciət edən Tərəfin ərazisinə heç bir silah, sursat və ya partlayıcı maddə gətirilə bilməz.
1. 4. Fövqəladə hallar istisna olmaqla, müraciət edilən Tərəfin hər bir xilasetmə qrupunun rəhbəri təchizat əşyaları, xilasetmə vasitələri və istismar avadanlıqlarının ümumi siyahısına malik olmalıdır. Bu siyahı həmin qrupların təhkim olunduqları rəhbərlik tərəfindən təsdiq edilməlidir. Xilasetmə qrupları ancaq missiyanın yerinə yetirilməsi üçün vacib olan təchizat əşyaları, xilasetmə vasitələri və istismar avadanlıqları daşıya bilərlər.
2. 5. Xilasetmə missiyaları zamanı istifadə olunmayan təchizat əşyaları, xilasetmə vasitələri və istismar avadanlıqları müraciət edilən Tərəfin hesabına onun ərazisinə geri göndərilməlidir. Əgər yaranmış xüsusi hallarda buna imkan yoxdursa, müraciət edilən Tərəfin xilasetmə missiyasının rəhbər qurumu, habelə müraciət edən Tərəfin gömrük qurumlan bu barədə xəbərdar edilməlidir.
3. 6. Müraciət edilən Tərəfin tibbi xilasetmə dəstələri özlərinin lazımi avadanlıqları ilə fəaliyyət göstərirlər. Təcili tibbi yardım həyata keçirən tibbi xilasetmə dəstələrinin avadanlıqları sırasına xüsusilə təcili tibbi yardımlar üçün nəzərdə tutulan narkotik və psixotrop maddələr kimi təsnif edilən dərmanlar da daxildir. Bu dərmanlar yalnız ixtisaslaşmış tibbi personal tərəfindən müraciət edən Tərəfin hüquqi və qanunverici normalarına müvafiq şəkildə istifadə edilə bilər. Müraciət edən Tərəf bu prosesə yerində nəzarət etmək imkanını özündə saxlayır.
4. 7. Müraciət edən Tərəf müraciət edilən Tərəfin axtarış-xilasetmə qruplarını öz xilasetmə missiyalarını yerinə yetirdikləri müddətdə qida və yaşayış yeri ilə, zərurət yarandıqda isə hava nəqliyyatı vasitələrini yanacaqla təmin etməlidir. Xilasetmə qrupları, zərurət yarandıqda, lazımi tibbi yardımla da təmin edilməlidirlər.
5. 8. Müraciət edən Tərəf istənilən vaxt yardım üçün etdiyi müraciəti ləğv edə bilər. Bu halda, müraciət edilən Tərəf sərf etdiyi məsrəflərin ona qaytarılmasını tələb edə bilər. Məsrəflərin qaytarılması bu barədə müraciət tərtib edilib çatdırıldıqdan dərhal sonra həyata keçirilir.
6. 9. Müraciət edilən Tərəf göndərdiyi xilasetmə qruplarının üzvlərini tibbi sığorta ilə təmin etməlidir.
1. 10. Müraciət edən Tərəf, yardım missiyası zamanı baş verə biləcək qəzadan irəli gələn müraciət edilən Tərəfin zərərçəkmiş xilasedicilərinə və onun ailə üzvlərinə təzminatla bağlı xərcləri ödəyir. Bu təzminat xilasedicilərin ölkəsinin qanunvericiliyinə uyğun olaraq qiymətləndirilir. Xilasetmə əməliyyatları zamanı zərər vuran hər hansı üçüncü tərəf olduğu təqdirdə bu razılaşma eyni qüvvəyə malikdir.
2. 11. Əgər yardım missiyası zamanı müraciət edən Tərəfin ərazisində müraciət edilən Tərəfin axtarış-xilasetmə qrupunun üzvlərindən biri və ya bir neçəsi hər hansı bir hüquqi və ya fiziki şəxsə hər hansı zərər yetirərsə, müraciət edən Tərəf zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzini ödəməli və bu ödəniş müraciət edən Tərəfin qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilməlidir.
3. 12. Müraciət edən Tərəf fövqəladə hal zamanı yardım missiyasını həyata keçirərkən müraciət edilən Tərəfin avadanlıqlarına dəymiş zərərin araşdırılması üçün hüquqi yardımın həyata keçirilməsinə kömək edəcəkdir.
13. Müraciət edən Tərəf müraciət edilən Tərəfin hər hansı üzvünün öz missiyasının həyata keçirilməsi zamanı bilərəkdən vurduğu əsassız zərərin əvəzinin ödənilməsini müraciət edilən Tərəfdən tələb edə bilər.
ƏLAVƏ MÜDDƏALAR
Maddə 9
Yardımın sonu
Bu Saziş çərçivəsində istifadəyə verilmiş vasitələrdən imtina prosedurları aşağıdakı kimi həyata keçirilir:
1. 1. Missiya başa çatdıqdan sonra müraciət edən Tərəf müraciət edilən Tərəfin istifadə üçün ona verdiyi vasitələri geri qaytararkən, müraciət edən Tərəf bu barədə həm istifadə edilən vasitələrə cavabdeh olan rəhbər şəxsə, həmdə müraciət edilən Tərəfin səlahiyyətli qurumlarına məlumat verməlidir.
2. 2. Əgər missiya ərzində müraciət edilən Tərəf öz vasitələrinin verilməsindən imtina etməyi qərara alırsa, o, bu barədə müraciət edən Tərəfə məlumat verməli və sonuncu bu məlumatı sözügedən vasitələrə cavabdeh olan rəhbər şəxsə dərhal ötürməlidir.
3. 3. Müraciət edilən Tərəfin qərarı gecikdirilmədən həyata keçirilməli və müzakirə predmeti olmamalıdır.
4. 4. Missiya başa çatdıqdan sonra müraciət edən Tərəf müraciət edilən Tərəfə fəlakətin miqyası və dərəcəsi barədə, həmçinin xilasetmə əməliyyatlarının gedişi ilə bağlı hesabat verməlidir.
5. 5. Müraciət edilən Tərəf ekspertiza missiyasını yerinə yetirdiyi təqdirdə, həyata keçirdiyi missiya barədə ekspertiza hesabatını ən qısa zamanda müraciət edən Tərəfə ünvanlanmalıdır.
Maddə 10
Müştərək Komissiya
1. 1. Bu Saziş çərçivəsində Tərəflər mülki müdafiə və təhlükəsizlik sahəsində müştərək komissiya yaradırlar. Tərəflər komissiyanın iclasından əvvəl onun tərkibi barədə bir-birinə məlumat verməlidirlər.
2. 2. Komissiyanın tərkibi hər iki Tərəfin səlahiyyətli orqanları, nazirləri tərəfindən müəyyən edilir. Komissiyanın vəzifəsi hər iki Tərəfin nazirlərinə müvafiq qurumların xəbərdarlıq, müdafiə və axtarış-xilasetmə xidmətləri arasında əməkdaşlığı möhkəmləndirməklə bağlı təkliflər verməkdir.
3. 3. Tərəflər arasında əməkdaşlıq fəaliyyəti bu komissiya çərçivəsində qərara alınır və həyata keçirilir.
4. 4. Komissiya Tərəflərdən biri və ya digəri vasitəsilə ona verilən məsələlərlə bağlı rəy bildirməli və Tərəflər arasında məlumat və təcrübə mübadiləsi üçün şərait yaratmalıdır.
5. 5. Komissiya mütəmadi olaraq iclaslar keçirir. Həmçinin komissiya iclasları Tərəflərdən birinin yazılı müraciəti ilə də çağınla bilər.
Maddə 11
Əlaqələndirmə
Fəlakət və ya qəza zamanı xəbərdarlıq, qabaqlayıcı tədbirlər və qarşılıqlı yardımı inkişaf etdirmək məqsədilə, Tərəflər bütün lazımi məlumat mübadiləsini aparmaq üçün mütəmadi olaraq bir-biri ilə əlaqə saxlamalı və dövri iclasların təşkili barədə razılığa gəlməlidirlər.
Maddə 12
Məxfiliklə bağlı öhdəlik
Müraciət edən Tərəfin qanunvericiliyinin və qaydalarının açıqlanmaq üçün nəzərdə tutulmayan və ya açıqlanmasına icazə verilməyən informasiya istisna olmaqla, bu Saziş çərçivəsində yerinə yetirilən missiyalar zamanı əldə olunmuş məlumatlar hər iki dövlətin qanunvericiliyinə zidd olmamaq şərtilə dərc oluna bilər.
Maddə 13
Maliyyələşdirmə
1. 1. Tərəflərin birgə razılığı ilə qəbul edilmiş qərarlar istisna olunmaqla, müraciət edən Tərəf bu Sazişin 5 və 6-cı maddələrində sadalanan əməkdaşlıq sahələri üzrə xərcləri özünün büdcə imkanları daxilində maliyyələşdirməlidir.
2. 2. 7-ci və 8-ci maddələrdə sadalanan yardımla bağlı hallara tətbiq olunan maliyyələşdirmə qaydaları Tərəflərin birgə razılığı ilə, onların büdcə imkanları çərçivəsində, hər bir hal üçün ayrıca qərara alınır.
Maddə 14
Beynəlxalq sazişlərlə tənzimlənən münasibətlər
Bu Saziş Tərəflərin qoşulduğu digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 15
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı yaranan bütün mübahisələr Tərəflər arasında məsləhətləşmələr və danışıqlar vasitəsilə həll edilməlidir.
Maddə 16
Sazişin qüvvəyə minməsi, qüvvədə olma müddəti və Sazişdən çıxma
1. 1. Bu Saziş, onun qüvvəyə minməsi və bununla bağlı dövlətdaxili prosedurların tamamlanmasına dair hər iki Tərəfin diplomatik kanallar vasitəsilə bir-birinə verdiyi sonuncu bildirişdən sonra, gələn ikinci ayın birinci günündən etibarən qüvvəyə minir.
2. 2. Bu Saziş beş il müddətində qüvvədədir və bu müddət bitdikdən sonra yenidən beş il müddətinə uzadıla bilər.
3. Tərəflərdən hər biri istənilən anda digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı formada bildiriş verməklə bu Sazişin qüvvəsini ləğv edə bilər. Bu ləğvetmə, bu barədə bildiriş alındıqdan altı ay sonra qüvvəyə minir. Tərəflər əks qərar qəbul etmədiyi təqdirdə, bu Sazişin ləğvi, icrası davam etməkdə olan fəaliyyətlərə təsir etmir.
Bu Saziş Paris şəhərində 30 yanvar 2007-ci il tarixində hər biri Azərbaycan və fransız dillərində olmaqla, 2 nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.