Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-ə məktub göndər

Hörmətli istifadəçilər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmə hüququnun reallaşdırılması vasitəsidir. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilən müraciətlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinə daxil olur, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

Hər bir vətəndaş aşağıda qeyd olunan formada rəsmi internet səhifəsindən məktub, ərizə, şikayət göndərə və təkliflə bağlı müraciət edə bilər:

  • səhifənin yuxarı hissəsində yerləşən mygovID keçidi vasitəsilə daxil olaraq elektron məktub formalaşdırılır;
  • müraciətin mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması zəruridir;
  • məktubda müraciət edən vətəndaşın poçt indeksi və e-poçt ünvanı qeyd olunmalıdır;
  • mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır;
  • müraciətin mətni, edilən təklif və ya tələb aydın ifadə edilməli, təhqir və böhtana yol verilməməlidir.

Göndərilən elektron məktublara Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı olduqda baxılır.

Vətəndaşların elektron müraciətlərinə cavab qeyd edilən poçt ünvanına göndəriləcəkdir.

Müraciət edən vətəndaşların şəxsi məlumatları “Şəxsi məlumatlar haqqında” Qanuna uyğun olaraq qorunur.

Hörmətli istifadəçilər! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

  • Elektron müraciətin mətni 2000 işarədən çox olmamalıdır.
  • Azərbaycan Respublikası, Bakı, Az1073, M.Müşfiq küçəsi, 501-ci məhəllə
Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu