Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2011-ci il yanvarın 17-də Riqa şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2011-ci il

№ 75-IVQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti,

fövqəladə halların hər iki dövlət üçün daşıdığı təhlükəni dərk dərək,

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin qarşılıqlı maraq doğurduğunu nəzərə alaraq,

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın hər iki dövlətin rifahına və təhlükəsizliyinə kömək göstərəcəyini qəbul edərək,

Tərəflərdən birinin qüvvə və vasitələri ilə aradan qaldırılması mümkün olmayan fövqəladə halların baş verməsi ehtimalmı və fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün hər iki dövlətin əlaqələndirilmiş fəaliyyətinə ehtiyac olduğunu nəzərə alaraq,

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların əhəmiyyətini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəlirlər:


Maddə 1

Təriflər

Bu Sazişin həyata keçirilməsi məqsədilə istifadə olunan terminlər aşağıdakı mənalan ifadə edir.

  1. “səlahiyyətli orqan” - bu sazişin həyata keçirilməsi ilə bağlı işlərə rəhbərlik etmək və onları əlaqələndirmək üçün Tərəflərin hər birinin təyin etdiyi dövlət orqanı.
  2. “sorğu göndərən Tərəf” - digər Tərəfə yardım dəstələri və ya ekspertlərin, ləvazimat və avadanlıqların göndərilməsi xahişi ilə müraciət edən Tərəf.
  3. “sorğu alan Tərəf” - digər Tərəfin yardım dəstələri və ya ekspertlərin, ləvazimat və avadanlıqların göndərilməsi barədə xahişini yerinə yetirən Tərəf.
  4. “yardım dəstəsi” - yardım göstərilməsi üçün təyin olunmuş və fövqəladə hal baş verdiyi ərazidə fasiləsiz olaraq 72 saat fəaliyyət göstərmək üçün kifayət edəcək qədər avadanlıqla təchiz olunmuş sorğu alan Tərəfin mütəxəssislərindən təşkil olunmuş dəstə.
  5. “ekspert” - yardımın təmin olunması üçün Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə göndərilmiş sorğu alan Tərəfin müəyyən sahə üzrə mütəxəssisi.
  6. “fövqəladə hal” - qəzalar, təbii və texnogen fəlakətlər və digər bədbəxt hadisələr nəticəsində müəyyən ərazidə yaranan və insan itkisinə, insanların sağlamlığına və ya ətraf mühitə zərərə, böyük maddi itkilərə, habelə insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olan və səbəb ola biləcək vəziyyət.
  7. “fövqəladə hal ərazisi” - fövqəladə halın baş verdiyi ərazi.
  8. “iş sahəsi” - fövqəladə hal ərazisində qəza - xilasetmə işlərinin aparıldığı ərazi.
  9. “fövqəladə halın qarşısının alınması” - vaxtında görülmüş və fövqəladə halın baş verməsi riskinin mümkün qədər azaldılmasına, habelə fövqəladə halın baş verməsi halında insanların sağlamlığının qorunub saxlanılmasına, təbii ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına yönəldilmiş kompleks tədbirlər.
  10. “fövqəladə halın aradan qaldırılması” - fövqəladə halın baş verməsi zamanı görülən, insanların xilas edilməsinə və sağlamlıqlarının qorunub saxlanılmasına, təbii ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına, həmçinin fövqəladə hal zonasının lokallaşdırılmasına, onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin dayandırılmasına yönəldilmiş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər.
  11. “qəza-xilasetmə işləri” - fövqəladə hal zonasında insanların, maddi və mənəvi sərvətlərin xilas edilməsinə, təbii ətraf mühitin qorunmasına, fövqəladə halın qarşısının alınmasına və onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin mümkün qədər minimuma endirilməsi ilə bağlı fəaliyyət.
  12. “avadanlıq” - materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstələri və ya ekspertlərin təchiz olunduğu materiallar, həmçinin xidməti itlər, dəstə üzvlərinin və ekspertlərin şəxsi ləvazimatları, tibbi ləvazimatlar və tibbi avadanlıqlar.
  13. “təchizat materialları” - fövqəladə hal nəticəsində zərər çəkmiş əhaliyə paylanmaq üçün nəzərdə tutulmuş maddi vasitələr.
  14. “üçüncü dövlətlər” - bu sazişin Tərəfləri olmayan dövlətlər.


Maddə 2

Səlahiyyətli orqanlar

  1. Tərəflər aşağıdakı səlahiyyətli orqanları təyin edirlər:

Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi;

Latviya Respublikası Hökuməti adından - Dövlət Yanğın Xilasetmə Xidməti, Təcili Tibbi Yardım Xidməti.

  1. Tərəflərin səlahiyyətli orqanlarında və ya onların adlarında və ya əlaqə ünvanlarında dəyişiklik olduğu təqdirdə Tərəflər bir-birini diplomatik kanallar vasitəsilə xəbərdar edirlər.


Maddə 3

Əməkdaşlığın formaları

Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakıları nəzərdə tutur:

  1. fövqəladə halların aradan qaldırılması zamanı qarşılıqlı yardımın göstərilməsi;
  2. Tərəflərin səlahiyyətli orqanları arasında qarşılıqlı fəaliyyətin təmin olunması;
  3. fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  4. əhalinin fövqəladə hallar zamanı fəaliyyətə hazırlığının təşkili üzrə təcrübə mübadiləsi;
  5. fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyat və tədqiqat işlərinin nəticələrinin mübadiləsi;
  6. bu Sazişin həyata keçirilməsi ilə bağlı milli qanunvericilik və normativ aktların mübadiləsi.
  7. fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı məsələlər üzrə məlumat, dövri nəşrlər, metodiki və digər ədəbiyyatlar, video və foto materialların mübadiləsi.
  8. fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində birgə konfransların, seminarların, işçi iclasların, təlimlərin, məşqlərin və ixtisaslaşmış sərgilərinin təşkil olunması.
  9. birgə nəşrlərin və hesabatların hazırlanması.
  10. razılaşdırılmış qaydada digər Tərəfin təhsil müəssisələrində mütəxəssislərin hazırlanması və təcrübə keçənlərin, müəllimlərin, alimlərin və mütəxəssislərin mübadiləsi.
  11. fövqəladə halların qarşısının alınması və onların nəticələrinin qiymətləndirilməsi məqsədilə ətraf mühitin monitorinqinin təşkil olunması və həyata keçirilməsi üzrə məlumat mübadiləsi.
  12. Tərəflərin səlahiyyətli orqanlarının razılaşdırdıqları fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində digər fəaliyyətlər.


Maddə 4

Birgə Komissiya

Bu Sazişin həyata keçirilməsi üzrə tədbirlərin yerinə yetirilməsi üçün Tərəflərin səlahiyyətli orqanları fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə Birgə

Komissiya yaradırlar. Birgə Komissiyanın tərkibi, funksiyaları, vəzifələri və fəaliyyət qaydası Tərəflərin səlahiyyətli orqanlarının rəhbərləri tərəfindən təsdiq edilmiş Birgə Komissiya haqqında Əsasnamə üzrə müəyyən olunur.


Maddə 5

Fövqəladə hallar barədə məlumatlandırma

Başqa cür razılaşdırılmadığı təqdirdə, Tərəflərin səlahiyyətli orqanları bir-birini digər Tərəfin dövlətinin ərazisində baş verə biləcək fövqəladə hal barəsində rus və ya ingilis dillərində yazılı, xüsusi zərurət yarandığı halda isə şifahi olaraq gecikmədən məlumatlandırırlar.


Maddə 6

Fövqəladə halların aradan qaldırılmasında yardımın göstərilməsi

  1. Yardım sorğu göndərən Tərəfin fövqəladə halın xarakteri, növü, həcmi və zəruri yardımın göstərilməsi müddəti haqqında məlumatın göstərildiyi yazılı sorğusu əsasında göstərilir.
  2. Sorğu alan Tərəf ən qısa zamanda sorğunu nəzərdən keçirir və yardımın göstərilməsinin mümkünlüyü, həcmi və şərtləri barədə Sorğu göndərən Tərəfi məlumatlandırır.
  3. Bir Tərəfin səlahiyyətli orqanı öz dövlətinin müvafiq orqanını digər Tərəfin yardım göstərməyə razılığı barədə məlumatlandırır, yardımın növünü, həcmini və göstərilmə müddətini, habelə bu Sazişin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlan bildirir.
  4. Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı yardım dəstəsinin və ya ekspertlərin fəaliyyətinə bu qrupların rəhbərləri vasitəsilə rəhbərlik, koordinasiya və nəzarət edir.
  5. Sorğu göndərən Tərəfin dövlətinin ərazisində olduqları müddət ərzində yardım dəstəsinin üzvləri və ya ekspertlər həmin dövlətin qanunvericiliyinə riayət etməlidir.

Maddə 7

Fövqəladə hallar zamanı yardımın göstərilməsi qaydası

  1. Fövqəladə halların aradan qaldırılması zamanı yardım dəstələrinin və ya ekspertlərin göndərilməsi, təchizat materiallarının təmin edilməsi yolu ilə və ya digər tələb olunan formaya uyğun olaraq göstərilir.
  2. Yardım dəstəsi və ya ekspertlər qəza-xilasetmə və ya digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün göndərilir.
  3. Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı yardım dəstəsinin rəhbərini fövqəladə hal baş verən ərazidə və müəyyən iş sahələrində yaranmış vəziyyət barədə məlumatlandırır və zərurət olduğu halda, bu dəstələri və ya ekspertləri tərcüməçilər, rabitə vasitələri, mühafizə, təmənnasız tibbi xidmət ilə təmin edir və bu dəstələrin fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
  4. Avadanlıq ehtiyatının bitməsi halında Sorğu göndərən Tərəf yardım dəstəsini işlərini davam etdirmələri üçün təmənnasız olaraq lazımi avadanlıqla təmin edir.
  5. Yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin həyat və sağlamlıqlarının sığortasını, avadanlıqları Sorğu alan Tərəf təmin edir.


Maddə 8

Yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin

dövlət sərhəddini keçmələri şərtləri

  1. Yardım dəstəsinin üzvlərinə və ya ekspertlərə vizalar və ya tranzit vizalar (əgər üçüncü tərəfə yardım göstərilirsə) təcili şəkildə, habelə dövlət sərhəd keçid məntəqələrində şəxsiyyəti təsdiq edən etibarlı keçid sənədlərinin, yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin siyahısının, avadanlıq və təchizat materiallarının siyahısının, sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən və yardım dəstələrinin rəhbərlərinin səlahiyyətini təsdiq edən sənədin, həmçinin sorğu göndərən Tərəfin yardım barədə yazılı sorğusunun tranzit halında təqdim edilməsi ilə verilir.
  2. Yardım dəstəsinin üzvləri və ya ekspertlər Sorğu edən Tərəfin dövlət sərhədlərini beynəlxalq nəqliyyat üçün nəzərdə tutulmuş dövlət sərhəd keçid məntəqələrindən növbəsiz olaraq keçirlər.
  3. Kinoloji dəstələrin Sorğu göndərən Tərəfin sərhədindən ötürülməsi və onun dövlətinin ərazisində qalması Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qüvvədə olan karantin qaydalarına müvafiq olaraq həyata keçirilir.
  4. Yardım dəstəsinin üzvləri və ya ekspertlərin bir yerdən başqa yerə keçməsi, onların avadanlıqlarının və təchizat materiallarının daşınması avtomobil, dəmir yolu, su və hava nəqliyyatı ilə həyata keçirilir. Müvafiq nəqliyyat vasitəsinin sürücüsü əlavə olaraq özü ilə ona müvafiq nəqliyyat vasitəsini idarə etməyə səlahiyyət verən sənədləri və nəqliyyat vasitəsinin qeydiyyatdan keçmiş vəsiqəsini, istisna hallarda dəmir yol nəqliyyatı vasitələrinin qeydiyyatdan keçmiş vəsiqələrini özü ilə götürməlidir.
  5. Nəqliyyat vasitələrinin növü və onlardan istifadə qaydası Tərəflərin dövlətlərinin müvafiq müəssisələrinin razılığı əsasında Tərəflərin səlahiyyətli orqanları tərəfindən təyin olunur.


Maddə 9

Fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi üçün

avadanlıqların və ləvazimatların gətirilməsi və aparılması

  1. Fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi üçün Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilən və sorğu alan Tərəfin ərazisindən aparılan avadanlıqlar və ləvazimatlar Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə müəyyən olunmuş qaydada malların gətirilməsi zamanı ödənilən gömrük rüsumlarından və digər vergilərdən, iqtisadi xarakterli qadağalardan və məhdudiyyətlərdən azad edilir.
  2. Avadanlıqların və təchizat materiallarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və öncül qaydada, Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş. və yardım dəstələrinin və ya ekspertlərin tərkibi, gətirilən və ya aparılan avadanlıq və ləvazimatların siyahısı göstərilən siyahıların yoxlanması əsasında aparılır.
  3. Yardım dəstələri və ya ekspertlər yalnız avadanlıqları və təchizat materiallarını gətirmək hüququna malikdirlər.
  4. Yardım göstərilməsi üzrə işlərin sona çatmasından sonra fövqəladə halın aradan qaldırılması zamanı istifadə olunmayan gətirilən avadanlıqlar və təchizat materialları gömrük orqanları ilə razılıq əsasında Sorğu göndərən Tərəfin ərazisindən çıxarılır.
  5. Fövqəladə hala məruz qalanlara təcili tibbi yardımın göstərilməsinə zərurət olduğu təqdirdə Sorğu göndərən Tərəfin ərazisinə yalnız yardım dəstəsinin ixtisaslı tibbi heyəti tərəfindən istifadə oluna biləcək və ilkin tibbi yardım üçün zəruri olan miqdarda tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları gətirilə bilər. Yardımın göstərilməsi zamanı istifadə olunmamış tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları sorğu alan Tərəfin dövlətinin ərazisinə geri qaytarılmalıdır. Bu cür dərman preparatlarının gətirilməsi və aparılması Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
  6. Bu Maddənin müddəaları birgə təlimlərin keçirilməsi üçün zəruri olan avadanlıqların gətirilməsi və aparılması hallarına da tətbiq edilir.


Maddə 10

Hava gəmilərindən istifadə olunması

  1. Sorğu alan Tərəfin səlahiyyətli orqanı aşağıdakı məlumatlan təqdim etməklə yardımın göstərilməsi üçün hava gəmilərindən istifadə etmək qərarı barədə sorğu göndərən Tərəfin səlahiyyətli orqanını məlumatlandırır: hava gəmilərinin qeydiyyatda olduğu ölkə, hava gəmilərinin sayı, növü və qeydiyyat nömrəsi, hava gəmilərinin seriyası və fərqlənmə nişanları, hava gəmilərinin xidmət heyətinin və sərnişinlərin sayı, hava gəmilərinin, hava daşıyıcılarının məqsədi və uçuşun planlaşdırılmış marşrutu (uçuş və eniş vaxtı və yeri), uçuşun sifarişçisi və yüklərin siyahısı (avadanlıq və təchizat materiallarının sadalanması).
  2. Tərəflər digər Tərəfin dövlətinin ərazisindən uçan və yardım dəstəsini və ya ekspertləri, avadanlıq və materiallarını daşıyan hava gəmisinə Tərəflərin dövlətlərinin imzaladığı beynəlxalq müqavilələrə, 1944-cü il tarixli mülki aviasiya haqqında Beynəlxalq Konvensiyaya, habelə Tərəflərin dövlətlərinin qanunvericiliyinə müvafiq olaraq hava koridorlarından istifadə hüququ verir.
  3. Hava gəmisinə sərhəd və gömrük nəzarəti onun yerə endiyi məntəqədə həyata keçirilir.

Maddə 11

Tranzit keçid

  1. Bu Sazişin 8-ci və 9-cu Maddələri üçüncü ölkəyə yardım göstərilməsi halında yardım dəstəsinin və ya ekspertlərin, avadanlıq və materiallarının Tərəflərdən birinin dövlətinin ərazisindən quru yolu ilə tranziti halında tətbiq edilir.
  2. Hər bir Tərəf öz dövlətinin müvafiq qurumlarının razılığı əsasında üçüncü ölkəyə yardım göstərilməsi üçün digər Tərəfi hava tranziti ilə təmin edir.


Maddə 12

Xərclərin ödənilməsi

  1. Sorğu göndərən Tərəf bu Sazişin həyata keçirilməsi ilə əlaqədar olaraq tapşırıqların yerinə yetirilməsi zamanı öz ərazisində baş vermiş yardım dəstəsinin üzvlərinin və ya ekspertlərin yaralanması və ya ölməsi halında tibbi və nəqliyyat xərclərini öz üzərinə götürür.
  2. Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə, Tərəflərin səlahiyyətli orqanlarının nümayəndələri tərəfindən imzalanan yardımın göstərilməsi xərcləri barədə ikitərəfli akta əsasən yardımın göstərilməsi xərclərim sorğu göndərən Tərəf sorğu alan Tərəfə ödəyir.
  3. Sorğu göndərən Tərəf istənilən vaxt öz yardım barədə sorğusunu geri götürə bilər, amma bu halda Sorğu alan Tərəf öz çəkdiyi xərclərinin geri ödənilməsini tələb etmək hüququna malikdir.
  4. Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə, xərclərin ödənilməsi Sorğu alan Tərəfin bu barədə tələbinin daxil olması tarixindən sonra 30 iş günü müddətində həyata keçirilir.
  5. Sığorta rəsmiləşdirilməsi üzrə xərclər yardımın göstərilməsi üzrə ümumi xərclərə daxil deyildir və geri ödənilmir.
  6. Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə, Sorğu alan Tərəf hava gəmilərinin uçuşu, enişi, aerodromda dayanmaları və oradan havayaqalxmaları xərclərindən, həmçinin aeronaviqasiya xidmətləri üçün olan xərclərdən azad edilir.


Maddə 13

Zərərin ödənilməsi

  1. Sorğu alan Tərəfin yardım dəstəsinin üzvü və ya eksperti bu Sazişin həyata keçirilməsi ilə bağlı tapşırıqlarını yerinə yetirən zaman Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fiziki və ya hüquqi şəxsə hər hansı zərər yetirərsə, o zaman bu zərəri Sorğu göndərən Tərəf öz dövlətinin qanunvericiliyinə uyğun olaraq ödəyir.
  2. Sorğu alan Tərəfin yardım dəstəsinin üzvi və ya eksperti yardımın göstərilməsi ilə birbaşa əlaqəsi olmayan fəaliyyət nəticəsində Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fiziki və ya hüquqi şəxsə hər hansı zərər yetirərsə, Sorğu alan Tərəf Sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bu zərəri özü ödəyir.


Maddə 14

Məlumatların istifadə olunması

Tərəflərin səlahiyyətli orqanları tərəfindən başqa cür razılaşdırılmadığı təqdirdə, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunmuş məlumat Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq çap oluna və istifadə edilə bilər.


Maddə 15

Fikir ayrılıqlarının həlli

Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı meydana çıxan fikir ayrılıqları Tərəflərin səlahiyyətli orqanları arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu yolla tənzimlənə bilməyən fikir ayrılıqları diplomatik kanallar vasitəsilə həll edilməlidir.


Maddə 16

Digər beynəlxalq müqavilələrə münasibət

Bu Saziş Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.


Maddə 17

Əlavə və dəyişikliklərin edilməsi

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və 18-ci Maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.


Maddə 18

Yekun müddəalar

  1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsi ilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
  2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsi ilə yazılı bildirişinin göndərilməsi tarixindən 90 (doxsan) gün sonra qüvvədən düşmüş hesab edilir.
  3. Tərəflər başqa şəkildə razılaşdırmadıqları təqdirdə, bu Sazişin qüvvədən düşməsi onunla əlaqədar olaraq həyata keçirilən və başlanmış, lakin onun qüvvədən düşməsindən əvvəl tamamlanmamış fəaliyyətlərə təsir etmir.

Riqa şəhərində, 17 yanvar 2011-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, latış və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu