Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” 2011-ci il iyunun 8-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il

№ 195-IVQ

 

Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti

təbii və texnogen xarakterli fövqəladə halların transsərhəd xarakterinin getdikcə artmasını, bu cür fövqəladə hallar ilə bağlı məsələlərin beynəlxalq əməkdaşlıq vasitəsilə öz vaxtında və səmərəli həllinə olan ehtiyacı və bu sahədə hər iki Tərəfin birgə səylərinin əlaqələndirilməsinin vacibliyini nəzərə alaraq,

dövlətlərinin milli qanunvericiliyinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq,

onların BMT-nin məqsəd və prinsiplərinə sadiqliyini təsdiqləyərək, BMT-nin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə səylərini və bu sahədə qəbul olunmuş beynəlxalq müqavilələri nəzərə alaraq,

fəlakətlərə cavab verilməsi və fəlakət zamanı yardımın təmin olunması zamanı beynəlxalq və qeyri-hökumət təşkilatlarının əhəmiyyətini vurğulayaraq,

BMT, Avropa İttifaqı, NATO - Sülh Naminə Tərəfdaşlıq Proqramının, digər beynəlxalq təşkilatların və forumların fövqəladə hallar zamanı yardımın təmin olunması üzrə cəhdlərini dəstəkləyərək,

BMT-nin və digər beynəlxalq təşkilatların apardıqları təhlillərin bu cür hallara artan həssaslığını göstərdiyini və davamlılıq yaratmaq məqsədi ilə qarşısınıalma və erkən xəbərdarlıqdan bərpa etməyə qədər fövqəladə halların idarə edilməsinin bütün səviyyələrinə kompleks yanaşmaya çağırdığını yada salaraq,

fəlakətlərin qarşısının alınması, hazırlıq və cavabvermə sahəsində çevik qarşılıqlı əməkdaşlığın həyatları xilas edə bildiyini, o cümlədən ətraf mühitin mühafizəsinə və sosial-iqtisadi inkişafa təkan verdiyini və Tərəflərin dövlətlərinin və onların vətəndaşlarının sabitliyini dəstəklədiyini anlayaraq,

Tərəflərin təbii fəlakətlərdən və texnogen qəzalardan mühafizə sahəsində əməkdaşlıqlarının qarşılıqlı faydalı olduğuna və hər iki dövlət arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinə, fövqəladə halların xəbərdar edilməsinə səbəb olduğuna və bu mənada hər iki Tərəfin dövlətinin milli təhlükəsizliyinə və inkişafına Öz töhfəsini verəcəyinə olan əminliyi rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Sazişin mövzusu

 

Bu Saziş fəlakətlərin qarşısının alınması, hazırlıq və cavabvermə sahəsində əməkdaşlığın, o cümlədən, Tərəflərin hər hansı birinin dövlətinin ərazisində baş vermiş fəlakət zamanı qarşı Tərəfə könüllü yardımın göstərilməsi şərtlərinin və prosedurlarının ümumi çərçivəsini müəyyən edir.

 

Maddə 2

Təriflər

 

Bu Sazişin məqsədləri üçün istifadə edilən terminlər aşağıdakı mənalan ifadəedir:

Fövqəladə hal” - əhali, ətraf mühit və ya mülkiyyətə mənfi təsir göstərən və ya göstərə biləcək hər bir vəziyyətdir;

Fəlakət” - xüsusi tədbirlər görülməsini, xüsusi təyinatlı qüvvələrin iştirakını və xüsusi mənbələrdən istifadə edilməsini tələb edəcək miqyasda olan, insanların həyatı və ya sağlamlığı, mülkiyyət və ya ətraf mühit üçün təhlükə yaradan və ya təsir edən təbiət hadisələri, qəzalar, yanğınlar və ya digər fəlakətlərin səbəb olduğu hadisə və ya hadisələr ardıcıllığıdır.

Yardım üçün müraciət edən tərəf” - 3-cü maddənin 2-ci bəndində qeyd edildiyi kimi, səlahiyyətli qurumları digər Tərəfə yardım üçün yazılı sorğu göndərən Tərəfdir;

Yardım göstərən tərəf” - 3-cü maddənin 2-ci bəndində qeyd edilən səlahiyyətli qurumlan sorğu göndərən tərəfə yardım göstərən Tərəfdir;

"Xilasetmə dəstəsi" - yardım göstərən tərəfin xüsusi təlim keçmiş və müvafiq avadanlıqlarla, xilasetmə itləri və yardım ləvazimatları ilə təmin edilmiş qeyri-hərbi ekspertlər dəstəsidir;

Avadanlıq” - materiallar, texnika və nəqliyyat vasitələri, dərmanlar və tibbi avadanlıqlar, yardım dəstəsinin üzvlərinin və/və ya ekspertlərin şəxsi əşyaları;

Yardım ləvazimatları” - yardım göstərən tərəfin yardım üçün müraciət edən tərəfin fəlakətə məruz qalmış əhalisinə təmənnasız olaraq verdiyi əşyalar və vasitələrdir.

 

Maddə 3

Səlahiyyətli orqanlar və əlaqələndirici şəxslər

 

  1. Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, öz səlahiyyətli orqanları vasitəsilə əməkdaşlıq edəcəklər.
  2. Bu Saziş çərçivəsində aşağıda qeyd olunan orqanlar səlahiyyətli orqanlar təyin edilirlər:
  3. Azərbaycan Respublikası Hökuməti tərəfindən - Fövqəladə Hallar Nazirliyi; Serbiya Respublikası Hökuməti tərəfindən - Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Sektoru.
  4. Bu Sazişin həyata keçirilməsi zamanı Tərəflərin bu Maddənin 2-ci bəndində qeyd olunan səlahiyyətli orqanlarına dərhal birbaşa olaraq əlaqə saxlamaq səlahiyyəti verilir.
  5. Səlahiyyətli orqanlar fövqəladə hallar zamanı xəbərdarlıq və məlumat mübadiləsi məqsədi ilə bir və ya bir neçə əlaqələndirici şəxs təyin edəcəklər. Səlahiyyətli orqanlar əlaqələndirici şəxslərin fasiləsiz fəaliyyətini təmin edəcəklər.
  6. Tərəflər səlahiyyətli orqanlarda baş vermiş hər hansı dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə yazılı şəkildə dərhal məlumatlandıracaqlar.

 

Maddə 4

Əməkdaşlıq sahələri və formaları

 

  1. Milli qanunvericiliklərinə uyğun olaraq, Tərəflər öz səlahiyyətləri çərçivəsində aşağıdakı sahələrdə əməkdaşlıq edəcək və bir-birinə yardım göstərəcəklər:
    a) fəlakət və digər fövqəladə hal və ya onların baş verməsi təhlükəsi zamanı  sorğu əsasında könüllü yardım göstərilməsi və məlumatın təmin edilməsi;
    b) xilasetmə dəstələrinin avadanlıqla təchiz edilməsi;
    c) elmi, texniki və hüquqi məlumatın, metodoloji və digər ədəbiyyatın, video və foto-materialların mübadiləsi;
    ç) yanğın təhlükəsizliyi, xilasetmə və mülki müdafiə sahəsində elmi cəhətdən həyata keçirilə bilən elmi tədqiqat tapşırıqlarının işlənib hazırlanması, bu sahədə məhsulların və ekspertlərin fəaliyyətlərinin sınaqdan keçirilməsi üzrə təcrübə və səmərəli əməli fəaliyyətin mübadiləsi;
    d) birgə ekspert görüşlərinin, sessiyaların, seminarların və konfransların təşkil edilməsi və keçirilməsi;
    e) qarşılıqlı əsasda ekspertlərin və xilasetmə dəstələrinin təlimlərinin təşkil edilməsi və keçirilməsi;
    ə) Tərəflərin hər birinin sorğusu əsasında birgə təhsil proqramlarının təşkil edilməsi, o cümlədən, müvafiq təlim mərkəzlərindən və institutlardan olan ekspertlərin və məşqçilərin mübadiləsi;
    f) elmi tədqiqatların genişləndirilməsi, birgə layihələrin modelləşdirilməsi, planlaşdırılması, işlənib hazırlanması və onlarda iştirak;
    g) fəlakət və fövqəladə hallar zamanı cəmiyyətin məlumatlılığının artırılmasına istiqamətləndirilmiş tədbirlərin təşkili və keçirilməsi;
    ğ) yanğınsöndürmə və qarşısını alma, həmçinin yanğınların məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin planlaşdırılması, təşkili və keçirilməsi.
  2. 3-cü maddənin 2-ci bəndinə müvafiq olaraq, Tərəflərin səlahiyyətli orqanları digər əməkdaşlıq formaları yarada və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq işçi qrupları təsis edə bilərlər;
  3. Tərəflər fəlakət zamanı bir-birinə öz imkanları daxilində yardım göstərəcəklər;
  4. Tərəflər başqa şəkildə razılaşmadığı təqdirdə, ekspertlərin mübadiləsi ilə bağlı xərcləri göndərən Tərəf ödəyəcəkdir;
  5. Bu Sazişin məqsədlərinə nail olmaq üçün zəruri olan avadanlıqların, materialların, digər vasitələrin və xidmətlərin mübadiləsi Tərəflərin hər birinin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcəkdir.

 

Maddə 5

Protokollar

 

Bu Saziş çərçivəsində fəal əməkdaşlığı təmin etmək üçün Tərəflər bu Sazişin ayrılmaz tərkib hissəsi olan protokollar tərtib edəcəklər.

 

Maddə 6

Əməkdaşlıq və könüllü yardımın göstərilməsi prosedurları

 

  1. Tərəflər arasında əməkdaşlıq ingilis dilində olan yazılı sorğu əsasında həyata keçirilir.
  2. Sorğuda yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində baş vermiş fəlakətin və ya fövqəladə halın növü, miqyası, yeri, vaxtı və hazırkı vəziyyət, fəlakətin və ya fövqəladə halın öhdəsindən gəlmək üçün artıq görülmüş və görülməsi planlaşdırılan işlər haqqında məlumat, xilasetmə dəstələri və/və ya ekspertlər, avadanlıq, həmçinin digər yardım ləvazimatları baxımından tələb olunan yardımın növü və prioritetlik dərəcəsi qeyd olunur.
  3. Fövqəladə hal zamanı sorğu şifahi şəkildə ünvanlana bilər, lakin 24 saat ərzində yazılı şəkildə təsdiq olunmalıdır.
  4. Sorğunun göndərildiyi Tərəf mövcud vasitələrlə və milli qanunvericiliyinə uyğun olaraq sorğuya cavab verir.
  5. Yardım xilasetmə dəstələrinin və/və ya ekspertlərin göndərilməsi, zərərçəkənlərin ehtiyaclan üçün mənbələrin təmin edilməsi yolu ilə göstərilə bilər.
  6. Yardım üçün göndərilən xilasetmə dəstələri və/və ya ekspertlər, o cümlədən avadanlıqlar və yardım ləvazimatları quru, hava və ya su yolu ilə göndərilə bilər.
  7. Sorğu göndərən Tərəfə bütün nəqliyyat xərclərini yardım göndərən Tərəf ödəyəcəkdir.

 

 

Maddə 7

Xilasetmə dəstələrinin və/və ya ekspertlərin sərhədkeçmə prosedurları və ölkədə qalma qaydaları

 

1. Yardım üçün müraciət edən Tərəf yardım göstərən tərəfin xilasetmə dəstələrinin və/və ya ekspertlərinin sərhədi keçməsini asanlaşdırmaq üçün bütün mümkün tədbirləri görəcəkdir.

2. Xilasetmə dəstəsinin rəhbəri yardım üçün müraciət edən Tərəfin sərhəd nəzarətini həyata keçirən vəzifəli şəxsinə ingilis dilində tərtib edilmiş və yardım göstərən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiq edilmiş aşağıdakı sənədləri təqdim edir:

a) xilasetmə dəstələrinin və/və ya ekspertlərin imkanlarının və onların yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisinə gəliş məqsədinin qeyd olunduğu, Tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış standart formada doldurulmuş sənəd;

b) xilasetmə dəstəsinin üzvlərinin və/və ya ekspertlərin siyahısı, avadanlıqların və avtomobillərin siyahısı;

c) yardım ləvazimatlarının siyahısı.

3. Sürücülər öz nəqliyyat vasitələrinə uyğun olan sürücülük vəsiqələrini və onların qeydiyyat sertifikatlarını təqdim edirlər.

4. 6-cı maddənin 2-ci bəndində qeyd edilmiş sorğunu və etibarlı olan şəxsiyyəti təsdiq edən sənədləri təqdim etdikdən sonra, yardım üçün müraciət edən Tərəfin müvafiq dövlət orqanlarının rəsmiləri milli qanunvericiliyə və/və ya bağlanmış ikitərəfli müqavilələrə uyğun olaraq xilasetmə dəstəsinin üzvlərini və/və ya ekspertlərini ölkədə qalmaq üçün viza və ya rəsmiləşdirmə ilə təmin edirlər.

5. xilasetmə dəstələrinin xilasetmə itləri ilə birlikdə yardım üçün müraciət edən Tərəfin sərhədini keçməsi və orada qalması proseduru həmin Tərəfin elan etdiyi karantin müddətinə uyğun olaraq müəyyən edilməlidir.

6. Xilasetmə dəstəsinin üzvləri yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində uniforma geyinə bilərlər. Yardım göstərən Tərəfin xilasetmə dəstələri yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində istifadə etdikləri avtomobillərdə xüsusi fərqləndirici nişanlardan istifadə edə bilərlər.

7. Xilasetmə dəstəsinin üzvləri və ya ekspertlər yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində olduqları müddət ərzində həmin dövlətin milli qanunvericiliyinə riayət etməlidirlər.

 

Maddə 8

Avadanlıqların və yardım ləvazimatlarının sərhədi keçirilməsi

 

1. Tərəflər, xüsusi mallara şamil edilən hallar istisna olmaqla, avadanlıqların və yardım ləvazimatlarının sərhədi keçirilməsi prosedurlarını sadələşdirəcəklərinə zəmanət verirlər.

2. Xilasetmə dəstəsinin üzvlərinə və ya yardım üçün göndərilən digər şəxslərə yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində silah və ya sursat gəzdirməyə icazə verilmir.

3. Malların sərhəddən keçirilməsinə tətbiq edilən məhdudiyyətlər və qadağalar bu Sazişdə nəzərdə tutulmuş avadanlıqlara və yardım ləvazimatlarına şamil edilmir. İstifadə zamanı məhv olmadığı təqdirdə, avadanlıq yardım göstərən Tərəfə geri qaytarılır və ya yardım ləvazimatı kimi yardım üçün müraciət edən tərəfdə saxlanılır. Yardım ləvazimatı kimi saxlanılan hər hansı avadanlıq xilasetmə dəstəsinin rəhbəri tərəfindən həmin avadanlığın növü, kəmiyyəti və yeri qeyd olunmaqla təfərrüatlı şəkildə protokolda qeyd edilir və yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiq edilir. Missiya başa çatdıqdan sonra həmin protokol Tərəflərin səlahiyyətli orqanları tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üçün müvafiq gömrük orqanına təqdim edilir.

4. Həmin şərtlər tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisinə gətirilməsi və onların istifadə olunmayan hissəsinin yardım göstərən Tərəfə geri qaytarılması hallarına da aid edilir. Malların bu şəkildə idxal-ixracı beynəlxalq müqavilələrə uyğun olaraq tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının idxalı və ixracı kimi qəbul edilə bilməz. Bu dərmanlar yalnız tibbi müalicə məqsədi ilə lazımi miqdarda gətirilir və yardım üçün müraciət edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq ixtisaslı tibbi heyət tərəfindən istifadə edilir. Bu halda xilasetmə dəstəsinin rəhbəri tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının nomenklaturası və kəmiyyəti əks olunan bəyannaməni sərhəd gömrük buraxılış məntəqəsinə və tam gömrük rəsmiləşdirilməsi məqsədi ilə ərazi gömrük orqanına təqdim etməlidir. İstifadə edilməmiş dərmanlarla bağlı isə xilasetmə dəstəsinin rəhbəri tərəfindən akt hazırlanmalı və yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiq edilməli və missiya başa çatdıqdan sonra sorğu alan Tərəfin dövlətinin ərazisinə geri qaytarılması məqsədi ilə gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edilməlidir.

5. Yardım üçün müraciət edən Tərəf yuxanda qeyd edilmiş dərmanların, avadanlığın və yardım ləvazimatlarının istifadəsinə və saxlanılmasına nəzarət edə bilər.

 

Maddə 9

Hava gəmilərindən istifadə olunması

 

1. Hava gəmiləri bu Saziş çərçivəsində xilasetmə dəstələrinin və/və ya ekspertlərin cəld nəql edilməsi, o cümlədən fəlakət və ya fövqəladə hal zamanı yardımın təmin olunması üçün istifadə edilə bilər.

2. Hava gəmisinin uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sənədlərinə və Tərəflərin milli qanunvericiliyinə müvafiq olaraq həyata keçiriləcəkdir.

Yuxarıdakı bənddə qeyd edilmiş hava gəmiləri digər Tərəfin dövlətinin ərazisi üzərindən uçuş yerinə yetirə, həmçinin beynəlxalq hava limanlarından və qeydiyyata alınmış uçuş-enmə zolaqlarından kənarda, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və/və ya Serbiya Respublikasının Mülki Aviasiya Müdiriyyəti tərəfindən müəyyən edilən yerlərdə yalnız Tərəflərin milli qanunvericiliyinə müvafiq qaydada hər bir hal üçün uçuşların həyata keçirilməsi qaydalarına riayət etməklə yerə enə və havaya qalxa bilər.

4. Xilasetmə əməliyyatları zamanı hava gəmilərindən istifadə hava gəmisinin növü və qeydiyyat nömrəsi, ekipajı, yükü, yola düşmə vaxtı, marşrutu və eniş yeri ilə bağlı dəqiq məlumat təmin edilməklə, dərhal bu maddənin 3-cü bəndində qeyd edilən orqanlara bildirilməlidir.

5. Bu Sazişin 7-ci maddəsi hava gəmisinin ekipajı və nəql edilən xilasetmə dəstəsinin üzvlərinə də şamil edilir.

6. Bu Sazişin 8-ci maddəsi təyyarəyə, daşınan avadanlıq və digər yardım ləvazimatlarına da şamil edilir.

7. Hava gəmisinin sərhədi keçməsi və gömrük nəzarəti yardım üçün müraciət edən Tərəfin sərhəd və gömrük nəzarəti rəsmiləri tərəfindən sözügedən hava gəmisinin eniş yerində həyata keçiriləcəkdir.

8. Hərbi hava gəmisindən yardım üçün müraciət edən Tərəfin təcili yazılı razılığı ilə istifadə edilə bilər.

 

Maddə 10

Fəlakət və ya digər fövqəladə hallar zamanı yardım əməliyyatlarının əlaqələndirilməsi və idarə olunması

 

1. Fəlakət və ya digər fövqəladə hal zamanı yardım əməliyyatlarının əlaqələndirilməsi və idarə olunması üçün yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanı məsuliyyət daşıyır.

2. Yardım üçün müraciət edən Tərəf xilasetmə dəstələrinin rəhbərlərini və/və ya ekspertləri fəlakət zonasında və fəaliyyət üçün müəyyən edilmiş ərazilərdə vəziyyətin inkişafı barədə məlumatlandıracaq və lazım olan yerlərdə tərcüməçilər və əməliyyat baş qərargahları ilə əlaqə saxlamaq üçün rabitə vasitələri ilə təmin edəcəkdir.

3. Xilasetmə dəstələri və/və ya ekspertlər fəlakət zonasına çatdıqdan sonra 24 saat ərzində sərbəst şəkildə müstəqil fəaliyyət qabiliyyətinə malik olmalıdır.

 

Maddə 11

Fəlakət zamanı yardım əməliyyatları və bağlı xərclər

 

1. Yardım göstərən Tərəfin yardım üçün müraciət edən Tərəfdən göstərilmiş köməyə görə hər hansı ödəniş tələb etmək hüququ yoxdur. Avadanlığın zədələnməsi və ya itməsi yardım üçün müraciət edən Tərəfin rəsmilərinin və ya vətəndaşlarının kobud səhvi səbəbindən baş vermədiyi təqdirdə, bu, avadanlığın istifadəsi, zədələnməsi və ya itməsi zamanı meydana çıxan xərclərə də aid edilir.

2. Beynəlxalq sənədlər və mexanizmlər çərçivəsində yardım xərclərinin tam və ya qismən ödənildiyi hallarda bu maddənin 1-ci bəndi tətbiq edilməyəcək.

3. Yardım üçün müraciət edən Tərəf öz istəyi və yardım göstərən Tərəfin vasitəçiliyi ilə hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatları ilə bağlı xərcləri özü ödəyir.

3. Yardım üçün müraciət edən tərəf yardım göstərən Tərəfin göndərdiyi xilasetmə dəstələrinin üzvlərinin və/və ya ekspertlərin mümkün həcmdə tibbi xidmətlə, həmçinin missiyaları müddətində maddi-texniki yardımla təmin edəcəkdir. Yardım dəstəsinin üzvləri və/və ya ekspertlər üçün yardımın göstərilməsində iştiraklarının nəticəsi olaraq, ehtiyac duyulan təcili tibbi yardımı yardım üçün müraciət edən Tərəf öz hesabına təmin edir.

 

Maddə 12

Yardımdan imtina

 

1. Əgər hər hansı bir Tərəfin səlahiyyətli orqanları müəyyən sorğunun yerinə yetirilməsinin onun müstəqillik hüquqlarına, milli təhlükəsizliyinə və ya digər əhəmiyyətli maraqlarına ziyan vurduğunu və ya təhlükə altına aldığını və ya daxili qanunvericiliyi pozduğunu hesab edirsə, onlar əməkdaşlıqdan və ya onun həyata keçirilməsi üçün şəraitin yaradılmasından tam və ya qismən imtina edə bilərlər.

2. Tərəflərin səlahiyyətli orqanları dərhal yazılı şəkildə səbəblər göstərilməklə, sorğunun yerinə yetirilməsindən tam və ya qismən imtina qərarı barəsində məlumatlandırılmalıdırlar.

 

Maddə 13

Məlumatın, materialların, texniki avadanlıqların üçüncü ölkələrə təqdim edilməsi

 

Bu Sazişin həyata keçirilməsi zamanı əldə olunan məlumat, materiallar, informasiya və texniki avadanlıqların üçüncü tərəfə verilməsi onları təmin edən Tərəflərin əvvəlcədən yazılı razılığı əsasında həyata keçirilir.

 

Maddə 14

Məsuliyyət

 

1. Tərəflərdən birinin rəsmi şəxsləri (səlahiyyətli orqanın nümayəndələri, yardım dəstəsinin üzvləri və/və ya ekspertlər) digər Tərəfin dövlətinin ərazisində fəaliyyət göstərdiyi zaman ev sahibi olan Tərəf özünün milli qanunvericiliyinə uyğun olaraq, fəaliyyətləri müddətində hər iki tərəfin səbəb olduğu ziyanlara görə özü məsuliyyət daşıyır.

2. Bu maddənin 1-ci bəndində qeyd olunan ziyan kobud etinasızlıq və ya qəsdən qeyri-qanuni davranış səbəbindən meydana gəlmişdirsə, ev sahibi olan Tərəf göndərən Tərəfdən zərərçəkmiş şəxslər və ya onların səlahiyyət verdikləri şəxslər üçün göndərilmiş məbləği ödəməyi tələb edə bilər.

 

Maddə 15

Kompensasiyalar

 

Digər Tərəfin dövlətinin ərazisində fəaliyyət göstərən dəstə üzvlərinin ölməsi və ya zədə alması halında, zərəri yardım üçün müraciət edən tərəf öz milli qanunvericiliyinə uyğun olaraq özü ödəyir.

 

Maddə 16

Fəlakətlə bağlı yardım əməliyyatları zamanı rabitə

 

Bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində qeyd olunmuş səlahiyyətli orqanlar fəlakət zamanı yardım əməliyyatlarının yerinə yetirildiyi yerdə xilasetmə dəstələrinin və/və ya ekspertlərin ehtiyacları üçün etibarlı rabitə əlaqəsinin qurulması məqsədi ilə bütün lazımi tədbirləri görəcəklər.

 

Maddə 17

Fəlakət zamanı yardım əməliyyatlarının dayandırılması

 

Xilasetmə dəstələri və/və ya ekspertlər yardım üçün müraciət edən Tərəfin səlahiyyətli orqanlarının yazılı sorğusu əsasında öz fəaliyyətlərini dərhal dayandıracaqlar.

 

Maddə 18

Mübahisəli məsələlərin həlli

 

Bu Sazişin həyata keçirilməsi zamanı yarana biləcək və səlahiyyətli orqanlar arasında danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisəli məsələ diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.

 

Maddə 19

Digər beynəlxalq müqavilələr

 

Bu Saziş Tərəflərin ölkələrinin qüvvədə olan hər hansı digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etməyəcəkdir.

 

Maddə 20

Yekun müddəalar

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən qüvvəyə minir.

2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən hər hansı biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfi diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar etməklə Sazişi ləğv edə bilər. Saziş digər Tərəfin belə bildirişi aldığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşmüş hesab edilir.

3. Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Sazişdə dəyişikliklər və əlavələr edilə bilər. Dəyişikliklər və əlavələr bu maddənin 1-ci bəndində müəyyən olunan qaydada qüvvəyə minəcək və Sazişin ayrılmaz tərkib hissəsi olacaqdır.

Bu Saziş Belqrad şəhərində, 2011-ci il “6” iyun tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, serb və ingilis dillərində imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu