Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikası və Koreya Respublikası arasında 2007-ci il aprelin 23-ü və 24-də Seul şəhərində imzalanmış sənədlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Koreya Respublikası arasında 2007-ci il aprelin 23-ü və 24-də Seul şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının fövqəladə halların idarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyun 2007-ci il

№ 2250

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Fövqəladə Halların İdarə Olunması Milli Agentliyi arasında Fövqəladə Halların İdarə Olunması Sahəsində Əməkdaşlıq haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Fövqəladə Halların İdarə Olunması Milli Agentliyi,

təbii və texnogen mənşəli fövqəladə halların idarə olunmasında dəstək və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində öz arzularını təsdiq edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

1. Hər iki ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq, Tərəflər təbii və texnogen mənşəli fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq edəcəklər.

2. Bu Anlaşma Memorandumu müharibə və ya kimyəvi, bioloji, radioloji və nüvə materialları ilə bağlı qəzalar nəticəsində törədilən fövqəladə halları əhatə etməyəcəkdir.

3. Bu Anlaşma Memorandumu heç bir beynəlxalq öhdəlik yaratmayacaqdır.

4. Bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq fəaliyyətləri müvafiq fond və şəxsi heyətin mövcudluğundan asılıdır və aşağıdakıları əhatə edir:

a) fövqəladə halların idarə olunması üçün məlumat mübadiləsini;

b) fövqəladə halların idarə olunmasında axtarış-xilasetmə komandası və ekspertlərin göndərilməsi və tədrisini;

c) erkən xəbərdarlıq sistemləri daxil olmaqla, fövqəladə halların idarə olunmasının əsasının qoyulması və inkişaf etdirilməsi üzrə birgə tədqiqatlar və beynəlxalq təşkilatlarla əməkdaşlığı;

d) yanğınsöndürmə texnologiyalarının və məlumatların mübadiləsini;

e) axtarış-xilasetmə və fövqəladə tibbi xidmət üzrə əməliyyat təcrübəsinin mübadiləsi və gələcək təkmilləşdirmə üçün birgə tədqiqatları;

f) fövqəladə hallara məruz qalmış insanlara yardımın göstərilməsi üçün təcrübə və bilik mübadiləsini; və

g) Tərəflərin birgə qərara alına bilinən, öz səlahiyyətlərində olan digər başqa fövqəladə halların idarə olunması ilə bağlı fəaliyyətlərini.

5. Bu Anlaşma Memorandumu imzalandığı gündən qüvvəyə minir. Hər hansı bir Tərəf ən azı altı (6) ay qabaq Anlaşma Memorandumuna xitam verilməsi ilə bağlı niyyətini digər Tərəfə yazılı şəkildə bildirməzsə, bu Anlaşma Memorandumu qüvvədə qalacaqdır.

Bu Anlaşma Memorandumu Seul şəhərində 23 aprel 2007-ci il tarixində Azərbaycan, Koreya və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər autentikdir. Təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

 
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu