

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


8 Fevral, 2025
Fövqəladə Hallar Nazirliyinin xanım əməkdaşları çempionatın qalibi olub
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının qadın əməkdaşları arasında minifutbol üzrə çempionat keçirilib.
Dairəvi sistem üzrə keçirilən çempionatda FHN-in qadınlardan ibarət minifutbol üzrə yığma komandası uğurlu nəticə əldə edib.
Belə ki, FHN-in komandası bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin kuboku, fəxri diplomu və medalları ilə təltif ediliblər.