

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


01 aprel 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə (uşaq) müvafiq köməklik göstərilib.
01 aprel 2025-ci il saat 06:10-dək:
Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 88 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 32 m² sahədə və içərisində olan ev əşyaları yanıb. Tikilinin qalan hissəsi yanğınan mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 aprel 2025-ci il saat 06:05-dək:
Qax rayonunun Qarabaldır kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 176 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin çardağının taxta atmaları 20 m² sahədə qarsalanıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 aprel 2025-ci il saat 06:00-dək:
Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahədə tikilən ümumi sahəsi 20 m² olan hamam otağının taxtadan ibarət tavanı 6 m² sahədə və sauna hissəsinin yanar konstruksiyaları 4 m² sahədə yanıb. Hamam otağının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 aprel 2025-ci il saat 01:45-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.