Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

01 may 2025-ci il saat 17:30-dək:

Ağdam rayonunun İmamqulubəyli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 52 m² sahədə, bitişik sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 may 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

01 may 2025-ci il saat 06:20-dək:

Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 may 2025-ci il saat 04:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində 12 otağın (mebel satışı mağazası, server otağı, anbar və mətbəx kimi fəaliyyət göstərir) və dəhlizin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Yüksək temperaturdan polikarbonatdan ibarət dam örtüyü 10 m² sahədə əriyib. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 may 2025-ci il saat 02:50-dək:

Qəbələ rayonunun Mirzəbəyli kəndində ümumi sahəsi 78 m² olan talvarın taxta atmaları 63 m² sahədə və talvarın altında dayanan "Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb. Bitişik köməkçi tikili və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 may 2025-ci il saat 02:00-dək:

Zərdab rayonunun Təzəkənd kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 1,5 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az