

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


01 oktyabr 2024-cü il saat 15:30-dək:
Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümümi sahəsi 200 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd ev əşyası və 1 ədəd məişət avadanlığı yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 oktyabr 2024-cü il saat 15:15-dək:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 960 m² (hər mərtəbəsi 480 m²) olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsinin mətbəxində 5 paq.m mətbəx mebeli və 2 ədəd məişət avadanlığı yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 oktyabr 2024-cü il saat 15:00-dək:
Bərdə rayonunun Mollaisalar kəndində ümumi sahəsi 96 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 96 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 oktyabr 2024-cü il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.
01 oktyabr 2024-cü il saat 07:30-dək:
Hacıqabul rayonunun Abdulabad kəndində ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı evin yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
01 oktyabr 2024-cü il saat 07:45-dək:
Sumqayıt şəhərində “Mercedes" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.