Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

02 aprel 2025-ci il saat 21:45-dək:

Göyçay şəhərində ümumi sahəsi 200 m² olan yardımçı tikilinin dam örtüyünün taxta atmaları və içərisində yığılan plastik taralar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 aprel 2025-ci il saat 21:30-dək:

İmişli şəhərində ümumi sahəsi 40 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 aprel 2025-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

02 aprel 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə (uşaq) müvafiq köməklik göstərilib.

02 aprel 2025-ci il saat 19:15-dək:

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində həyətyanı sahədə quru ot, 3 ədəd ağac və 1 ədəd elektrik dirəyi yanıb. Yanğından mühafizə bölmələri yanğının geniş əraziyə yayılmasının qarşısını alaraq söndürülməsini təmin ediblər.

02 aprel 2025-ci il saat 02:45-dək:

Abşeron rayonunun Saray qəsəbəsində market ərazisində 1 ədəd elektrik tənzimləyicisi yanıb. Market yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az