Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

02 iyul 2024-cü il saat 18:40-dək, ilkin məlumata əsasən:

Tovuz rayonunun Abulbəyli kəndində “ВАЗ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə avtomobilin ön hissəsi yanıb. Avtomobilin qalan hissəsi və qaz borusu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 iyul 2024-cü il saat 18:35-dək, ilkin məlumata əsasən:

Yevlax şəhərinin Malbinəsi kəndində 27 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 iyul 2024-cü il saat 18:30-dək, ilkin məlumata əsasən:

Xaçmaz şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli obyektin 2-ci mərtəbəsində məişət avadanlıqları və dam örtüyünün taxta atmaları 3 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 45 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 iyul 2024-cü il saat 11:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 6 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 iyul 2024-cü il saat 09:00-dək

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

02 iyul 2024-cü il saat 07:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət kafenin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 iyul 2024-cü il saat 02:30-dək

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu