

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


02 yanvar 2025-ci il saat 20:40-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.
02 yanvar 2025-ci il saat 19:55-dək:
Bakı şəhərinin Xəzər rayonunda taxta sexinin ərazisində ümumi sahəsi 15 m² olan tikilinin yanar konstruksiyaları yanıb. Sex yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
02 yanvar 2025-ci il saat 19:50-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
02 yanvar 2025-ci il saat 19:45-dək:
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
02 yanvar 2025-ci il saat 17:45-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
02 yanvar 2025-ci il saat 10:15-dək:
Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 58 m² olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 5 m² sahədə, 2 paq.m mətbəx mebeli və 1 ədəd məişət avadanlığı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
02 yanvar 2025-ci il saat 09:00-dək:
Şəmkir rayonunun Tatarlı kəndində ümumi sahəsi 450 m² olan birmərtəbəli inzibati binanın yanar konstyruksiyaları 250 m² sahədə və içərisində əşyalar yanıb. Binanın qalan hissəsi yağından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
02 yanvar 2025-ci il saat 03:00-dək:
Tovuz rayonunun Aşağı Quşçu kəndində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yağından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.