Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

03 fevral 2026-cı il saat 22:35-dək:

03 fevral 2026-cı il saat 15:00-dək:

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03 fevral 2026-cı il saat 13:45-dək:

Qusar şəhərində bir dam altında tikilən ümumi sahəsi 450 m² olan müxtəlif təyinatlı obyektlərdən (avtoyuma məntəqəsi, kafe, otel və dönərxana) sahəsi 90 m² olan avtoyuma məntəqəsinin lambirdən ibarət tavanı, sahəsi 195 m² olan birmərtəbəli 8 otaqdan ibarət otelin yanar konstruksiyaları 75 m², sahəsi 110 m² olan kafenin yanar konstruksiyaları və sahəsi 55 m² olan dönərxananın dam örtüyü 2 m² (ümumi 277 m²) sahədə yanıb. Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03 fevral 2026-cı il saat 11:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

03 fevral 2026-cı il saat 05:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və içərisində 15 m² sahədə yığılan taxta materialları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03 fevral 2026-cı il saat 05:00-dək:

İmişli şəhərində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03 fevral 2026-cı il saat 02:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 1600 m² olan ikimərtəbəli kommunal tipli yaşayış binasında 1-ci və 2-ci mərtəbələr arasında taxta konstruksiyalar və dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03 fevral 2026-cı il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Qaynar xətt
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu