

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


03 mart 2025-ci il saat 12:35-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin (uşaq) evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
03 mart 2025-ci il saat 12:30-dək:
Sumqayıt şəhərində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 4 paq.m mebel, 2 ədəd məişət avadanlığı və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan 2-ci mərtəbənin pilləkən qəfəsində lambirdən ibarət tavan 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
03 mart 2025-ci il saat 12:15-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 3 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.
03 mart 2025-ci il saat 10:45-dək, ilkin məlumata əsasən:
Gəncə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə və içərisindəki ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
03 mart 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.
03 mart 2025-ci il saat 05:45-dək:
Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
03 mart 2025-ci il saat 05:30-dək:
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 45 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.