
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 06 aprel 2026-cı il saat 21:40-dək:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
06 aprel 2026-cı il saat 20:50-dək:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində fərdi yaşayış evinin çardağında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit evin çardağından düşürülərək aidiyyəti üzrə təhvil verilib.












