Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

06 mart 2025-ci il saat 22:15-dək:

Bakı şəhərinin Yasamal rayonunda “Renault” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 22:00-dək:

Beyləqan rayonunun Şəfəq qəsəbəsində fermanın ərazisində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün taxta atmaları 20 m² sahədə və yaxınlıqda 15 paq.m elektrik kabeli yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 15:30-dək:

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 264 m² olan birmərtəbəli 6 otaqlı evin 5 otağının, dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və yaxınlıqda talvarın altında yığılan 2 ton ot bağlaması yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 15:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

06 mart 2025-ci il saat 06:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 06:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 05:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

06 mart 2025-ci il saat 00:15-dək:

Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu