

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


07 mart 2025-ci il saat 12:15-dək:
Bakı şəhərinin Qaradağ rayonunda “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.