

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


07 mart 2025-ci il saat 17:45-dək:
Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 17:15-dək:
Ağdam rayonunun Zəngişalı kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 15:15-dək:
Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 180 m² olan marketin tavanından keçən elektrik kabeli 1 paq.m yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 3 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 14:45-dək:
Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan qamışdan ibarət hin və 360 m² sahədə qamışlıq yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 12:30-dək:
Hacıqabul rayonunun İkinci Udullu kəndində ümumi sahəsi 20 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 12:15-dək:
Bakı şəhərinin Qaradağ rayonunda “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 mart 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.