Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

09 oktyabr 2025-ci il saat 21:00-dək:

Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və bitişik sahəsi 20 m² olan köməkçi tikilinin içərisində yığılan odun 8 m² sahədə yanıb. Evin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 3 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

09 oktyabr 2025-ci il saat 17:00-dək:

Gəncə şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli, 1 otaqlı evin çardağının yanar konstruksiyaları 7 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 14:20-dək:

Ağcabədi rayonunun Mehrablı kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 14:10-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 35 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, bitişik sahəsi 30 m² olan qarajın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 14:05-dək:

Ağdam rayonunun Birinci Quzanlı qəsəbəsində ferma ərazisində yığılan 100 ton ot bağlamasının 45 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 14:00-dək:

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 20 m² olan tövlənin çardağının yanar konstruksiyaları 10 m² sahədə və içərisinə yığılan 0,6 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

09 oktyabr 2025-ci il saat 05:10-dək:

Balakən rayonunun Şərif kəndində “BMW” markalı minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 05:05-dək:

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan çayxanada mətbəxin yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Çay evinin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 05:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda restoran ərazisində taxta konstruksiyalardan ibarət ümumi sahəsi 150 m² olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09 oktyabr 2025-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu