Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

10 iyul 2024-cü il saat 16:25-dək:

Bərdə rayonunun Qurdlar kəndində ümumi sahəsi 387 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 iyul 2024-cü il saat 14:00-dək:

Bərdə şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin lambirdən ibarət tavanı 6 m² sahədə, 1 ədəd məişət avadanlığı və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 iyul 2024-cü il saat 13:55-dək:

Masallı rayonunun Qədirli kəndində ümumi sahəsi 112 m² olan talvarın yanar konstruksiyaları 70 m² sahədə və altına yığılan 13 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 iyul 2024-cü il saat 12:35-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 210 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 iyul 2024-cü il saat 08:00-dək:

Sumqayıt şəhərində "Volkswagen" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 iyul 2024-cü il saat 01:00-dək:

Mingəçevir şəhərində "Opel" və "ВАЗ" markalı iki minik avtomobili toqquşub. Nəticədə ”ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu