Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

10 oktyabr 2025-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

10 oktyabr 2025-ci il saat 17:20-dək:

Balakən rayonunun Qabaqçöl qəsəbəsində 0,3 ha biçilmiş, 800 m² biçilməmiş taxıl sahəsi, yaxınlıqda dayanan “New Holland” markalı kombaynın idarəetmə lövhəsində elektrik naqilləri qismən yanıb və yüksək temperaturdan ön işığı əriyib. Kombaynın qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 oktyabr 2025-ci il saat 14:40-dək:

Masallı rayonunun Kəlbəhüseynli kəndində ümumi sahəsi 24 m² olan təndirxananın dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 oktyabr 2025-ci il saat 14:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 oktyabr 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

11 oktyabr 2025-ci il saat 08:00-dək:

Zərdab rayonunun Kəndəbil kəndində həyətyanı sahədə ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində 5 ədəd taxta taralar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10 oktyabr 2025-ci il saat 03:35-dək:

Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 530 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 200 ton ot bağlamasının 100 tonu, talvara bitişik sahəsi 190 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan 8 ton taxıl yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu