
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 10 oktyabr 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər uşaq xilas edilib, 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.











