Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...
11 iyun 2024-cü il saat 13:15-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
11 iyun 2024-cü il saat 12:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 3 nəfərin (2 uşaq) evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunubar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.
11 iyun 2024-cü il saat 07:30-dək:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 iyun 2024-cü il saat 04:15-dək:
Quba şəhərində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 iyun 2024-cü il saat 04:00-dək:
Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 144 m² (hər mərtəbəsi 72 m²) olan ikimərtəbəli 4 otaqlı mansard tipli evin 1-ci mərtəbəsində mətbəxdə mebel 8 p.m, 2 ədəd məişət avadanlığı, 2-ci mərtəbəsində 1 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.