Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

15 iyul 2024-cü il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfər azyaşlının ayağının dəmir boru ilə divar arasında sıxışıb qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının ayağı çıxarılaraq xilas olunması təmin edilib.

15 iyul 2024-cü il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda xilasemə məntəqəsinin ərazisində və “Corat”, “Şüvəlan”, “Xəzər” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

15 iyul 2024-cü il saat 21:50-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

15 iyul 2024-cü il saat 21:10-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.

15 iyul 2024-cü il saat 21:05-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Zeyxur kəndi yaxınlığında çətin keçilən ərazidən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Mürəkkəb relyef şəraitində həyata keçirilən tədbirlər nəticəsində meyit götürülərək təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

15 iyul 2024-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhərində 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

15 iyul 2024-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

15 iyul 2024-cü il saat 20:15-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonunun Dərə Zarat kəndində ümumi sahəsi 216 m² olan tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 10 ton ot bağlamasının 5 tonu və yaxınlıqda yığılan 14 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15 iyul 2024-cü il saat 19:45-dək:

15.07.2024-cü il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

15 iyul 2024-cü il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

15 iyul 2024-cü il saat 17:15-dək, ilkin məlumata əsasən:

Şəmkir şəhərində ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və ev əşyaları, digər mənzilin ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və ev əşyaları yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

15 iyul 2024-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Qəçrəş kəndində 1 nəfərin çətinkeçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

15 iyul 2024-cü il saat 16:35-dək, ilkin məlumata əsasən:

Şəki şəhərində ümumi sahəsi 187 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının, mətbəxinin, sanitar qovşağının yanar konstruksiyaları 87 m² sahədə, dam örtüyünün taxta atmaları 187 m² sahədə və bitişik sahəsi 100 m² olan talvarın taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15 iyul 2024-cü il saat 10:30-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 600 m² olan birmərtəbəli şadlıq evinə bitişik sahəsi 200 m² olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə və içərisindəki əşyalar 100 m² sahədə yanıb. Mətbəxin qalan hissəsi və bitişik şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15 iyul 2024-cü il saat 04:00-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15 iyul 2024-cü il saat 03:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 63 m² olan mənzilin eyvanında 1 ədəd kombi aparatı və 5 m² sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15 iyul 2024-cü il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.

15 iyul 2024-cü il saat 00:05-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu