
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 16 fevral 2026-cı il saat 23:30-dək:
Şəmkir rayonunun Qədimqala kəndində istixana ərazisində ümumi sahəsi 100 m² olan talvarın taxta atmaları 60 m² sahədə yanıb, yüksək temperaturdan yaxınlıqda sahəsi 10000 m² olan istixananın polietilendən ibarət üzlüyü 20 m² sahədə əriyib. Talvarın qalan hissəsi və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16 fevral 2026-cı il saat 17:45-dək:
Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16 fevral 2026-cı il saat 12:30-dək:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 560 m² (hər mərtəbəsi və zirzəmisi 140 m²) olan mansard tipli ikimərtəbəli 7 otaqlı evin zirzəmisində sauna və buxar otağının yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16 fevral 2026-cı il saat 02:30-dək:
Tovuz rayonunun Düz Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan obyektin yanar konstruksiyaları və bitişik sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyü 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












