
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 16 iyul 2026-cı il saat 22:00-dək:
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
16 iyul 2026-cı il saat 20:30-dək:
Astara rayonunun Çayoba kəndində ümumi sahəsi 108 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16 iyul 2026-cı il saat 15:30-dək:
Biləsuvar rayonunun Nərimankənd kəndində “ВАЗ” və “Ford” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16 iyul 2026-cı il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1 uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.













