

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


17 iyun 2024-cü il saat 16:15-dək:
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 49,5 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 3 ədəd məişət avadanlığı yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17 iyun 2024-cü il saat 16:00-dək:
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17 iyun 2024-cü il saat 11:55-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.
17 iyun 2024-cü il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.
17 iyun 2024-cü il saat 05:15-dək:
Qazax şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17 iyun 2024-cü il saat 02:30-dək:
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 220 m² olan çay evinin mətbəxində 1 ədəd soyuducu qismən, 2 p.m kabel və binanın girişində yerləşən elektrik lövhəsində 1,5 p.m çıxış kabeli yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17 iyun 2024-cü il saat 01:15-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.