Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

17 may 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.

17 may 2025-ci il saat 07:45-dək:

Bərdə rayonunun Yeni Daşkənd kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün taxta atmaları 25 m² və yaxınlıqda 5 m² sahədə taxta tullantıları yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17 may 2025-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

17 may 2025-ci il saat 01:10-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 paq.m mebel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17 may 2025-ci il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili və “Howo” markalı yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu