Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

18 may 2025-ci il saat 19:30-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin eyvanında plastikdən ibarət dolab, 1 ədəd kombi aparatı və qaz sayğacı qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18 may 2025-ci il saat 18:00-dək:

Ağcabədi şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 1 ədəd qapısı və qismən döşəməsi 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18 may 2025-ci il saat 13:20-dək:

Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18 may 2025-ci il saat 09:40-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 250 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin ikinci mərtəbəsində çay evinin mətbəxində 1 ədəd məişət avadanlığı qismən və 2 paq.m elektrik kabeli yanıb. Yüksək temperaturdan 3 ədəd məişət avadanlığı qismən qarsalanıb. Çay evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18 may 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

18 may 2025-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "AzSamand" markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

18 may 2025-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu