

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


19 may 2025-ci il saat 18:45-dək:
Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19 may 2025-ci il saat 13:45-dək:
Bakı şəhərinin Nəsimi rayonunda “Renault” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19 may 2025-ci il saat 07:10-dək:
Şirvan şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 90 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19 may 2025-ci il saat 06:15-dək:
Qax rayonunda “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19 may 2025-ci il saat 06:00-dək:
Ağdam rayonunun İkinci Yüzbaşılı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19 may 2025-ci il saat 01:25-dək:
Xaçmaz şəhərində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 47 m² sahədə, ona bitişik sahəsi 27 m² olan talvarın yanar konstruksiyaları və qismən 1 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.