Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

20 mart 2025-ci il saat 21:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20 mart 2025-ci il saat 21:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” və “Ford” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20 mart 2025-ci il saat 20:15-dək:

Biləsuvar rayonunun Arazbarı kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20 mart 2025-ci il saat 15:45-dək:

Ağsu şəhərində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20 mart 2025-ci il saat 12:30-dək:

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20 mart 2025-ci il saat 06:45-dək:

Göyçay rayonunun Çərəkə kəndində ümumi sahəsi 300 m² olan restoranın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 140 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20 mart 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

20 mart 2025-ci il saat 06:40-dək:

Qəbələ rayonunun Çuxur Qəbələ kəndində ümumi sahəsi 154 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 0,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu