

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


20 mart 2025-ci il saat 22:15-dək:
Yevlax şəhərində “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 21:30-dək:
Bakı şəhərinin Nərimanov rayonunda restoran ərazisində ümumi sahəsi 4 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisindəki kombi aparatı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 21:15-dək:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 21:00-dək:
Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” və “Ford” markalı minik avtomobillərinin mühərrik hissələri yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 20:15-dək:
Biləsuvar rayonunun Arazbarı kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 15:45-dək:
Ağsu şəhərində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 12:30-dək:
Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 06:45-dək:
Göyçay rayonunun Çərəkə kəndində ümumi sahəsi 300 m² olan restoranın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 140 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
20 mart 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.
20 mart 2025-ci il saat 06:40-dək:
Qəbələ rayonunun Çuxur Qəbələ kəndində ümumi sahəsi 154 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 0,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.