

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


21 mart 2025-ci il saat 07:00-dək:
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
21 mart 2025-ci il saat 01:35-dək:
Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
21 mart 2025-ci il saat 00:45-dək:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
21 mart 2025-ci il saat 00:40-dək:
Samux rayonunun Yuxarı Ağasıbəyli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə və digər otağın tavanı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
21 mart 2025-ci il saat 00:30-dək:
Goranboy rayonunun Yeni Yol kəndində ferma ərazisində 80 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.