

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


22 mart 2025-ci il saat 18:40-dək, ilkin məlumata əsasən:
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Bulqan kəndində 5 ha sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22 mart 2025-ci il saat 12:25-dək, ilkin məlumata əsasən:
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22 mart 2025-ci il saat 09:25-dək:
Şəki şəhərinin Daşüz kəndində ümumi sahəsi 540 m² (hər mərtəbəsi 270 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22 mart 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5-i uşaq olmaqla 11 nəfərə müvafiq köməklik göstərilib.
22 mart 2025-ci il saat 08:00-dək:
Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22 mart 2025-ci il saat 01:30-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
22 mart 2025-ci il saat 01:00-dək:
Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 ədəd ev əşyası yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.