
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 23 aprel 2026-cı il saat 23:10-dək:
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
23 aprel 2026-cı il saat 06:30-dək:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
23 aprel 2026-cı il saat 04:35-dək:
Kürdəmir şəhərində ümumi sahəsi 193 m² olan altıotaqlı evin 2 otağının tavanı 40 m² sahədə və evə bitişik, sahəsi 10 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













