Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

23 mart 2025-ci il saat 21:30-dək:

Sabirabad rayonunun Əhmədabad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 140 m² olan talvarın lambirdən ibarət tavanı 40 m² sahədə əriyib. Talvarın qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 20:00-dək:

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 15:00-dək:

Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 100 m² olan talvarın taxta atmaları 5 m² sahədə və altında yığılan 5 ton ot bağlaması yanıb. Talvarın və ot bağlamalarının qalan hisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 09:30-dək:

Abşeron rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 09:25-dək:

Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 08:30-dək:

Zaqatala rayonunun Muxax kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 m² sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 06:35-dək:

Göygöl şəhərində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 06:30-dək:

Zərdab rayonunun Gödəkqobu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 02:25-dək:

Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 110 m² olan sexin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd plastikdən ibarət qapı və avadanlıqlar yanıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23 mart 2025-ci il saat 01:40-dək:

Ağsu rayonunun Hacıuşağı kəndində ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu