

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


24 aprel 2024-cü il saat 15:35-dək:
Lənkəran şəhərində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 30 m² sahədə və içərisində 3 m² sahədə taxta tullantıları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 15:30-dək:
Şəki şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanar konstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 15:15-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
24 aprel 2024-cü il saat 15:10-dək:
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
24 aprel 2024-cü il saat 14:30-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
24 aprel 2024-cü il saat 13:45-dək:
Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.
24 aprel 2024-cü il saat 07:45-dək:
Bakı şəhərinin Xəzər rayonunda 1 ədəd generator və 5 p.m çıxış kabeli yanıb. Yaxınlıqda olan transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 03:00-dək:
Ağsu rayonunun Növcü kəndində ümümi sahəsi 90 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan mallar, 1 ədəd ödəniş terminalı, 4 ədəd soyuducu və 1 ədəd kondisoner yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 02:45-dək:
Bakı şəhərinin Sabunçu rayonunda "ЗИЛ" markalı yük avtomobilinin kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 01:30-dək:
Şəmkir rayonunun Qaracəmirli kəndində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Yanğın nəticəsində kafe ərazisində ümumi sahəsi 25 m² olan dəmir konstruksiyadan ibarət mətbəxin taxtadan ibarət üzlüyü, içərisində olan əşyalar və yaxınlıqda sahəsi 12 m² olan talvarın lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mətbəxin içərisindən həcmi 50 litr olan 4 ədəd və həcmi 3 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Talvarın qalan hissəsi və kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 aprel 2024-cü il saat 00:45-dək:
Bakı şəhərinin Binəqədi rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.