Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

24 iyun 2024-cü il saat 20:15-dək:

Ağsu rayonunun Nəmirli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

24 iyun 2024-cü il saat 19:10-dək:

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba su anbarında (çimərlik ərazisi) batma təhlükəsi ilə üzləşən 2 nəfər (biri uşaqdır) Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinın dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

24 iyun 2024-cü il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

24 iyun 2024-cü il saat 18:25-dək:

Bakı şəhərinin Xəzər rayonunda fərdi yaşayış evinin xarici divarına quraşdırılan 1 ədəd su qızdırıcısı yanıb. Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı əriyib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 18:20-dək:

Füzuli rayonunun 4 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 18:15-dək:

Goranboy rayonunun Şahməmmədli kəndində ümumi sahəsi 15 m² olan taxtadan ibarət tikilinin yanar konustruksiyası və içərisinə yığılan 200 kiloqram taxılın 100 kiloqramı yanıb. Yaxınlıqdakı ağaclar və taxılın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 18:10-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 18:05-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

24 iyun 2024-cü il saat 14:20-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

24 iyun 2024-cü il saat 11:20-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan obyektin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərriki, yaxınlıqda 1 ədəd generator və 1 ədəd plastikdən ibarət su çəni yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.

24 iyun 2024-cü il saat 08:50-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

24 iyun 2024-cü il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

24 iyun 2024-cü il saat 08:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 180 m² olan kürsülü, ikimərtəbəli 3 otaqlı evin zirzəmisinin yanar konstruksiyaları, içərisinə yığılan əşyalar və taxta tullantıları 60 m² sahədə, 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları, ev əşyaları 45 m² sahədə, bitişik sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 iyun 2024-cü il saat 07:55-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qax rayonunun Güllük kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

24 iyun 2024-cü il saat 06:09-dək

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

24 iyun 2024-cü il saat 05:45-dək:

Xızı rayonunda (Quba-Bakı avtomobil yolunun 58-ci kilometrliyi) "ГАЗель" markalı yük avtomobili və "Changan" markalı minik avtomobili toqquşub. Nəticədə "ГАЗель" markalı yük avtomobilinin yanar hissələri və "Changan" markalı minik avtomobilinin 1 ədəd arxa təkəri yanıb. Minink avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu