Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

24 may 2024-cü il saat 21:00-dək:

Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 42 m² olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 may 2024-cü il saat 20:30-dək:

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və bitişik sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 may 2024-cü il saat 20:00-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 2700 m² olan (hər mərtəbəsi 900 m²) üçmərtəbəli orta məktəb binasının 1-ci mərtəbəsində sahəsi 300 m² olan akt zalında 1 ədəd UPS aparatı və 0,5 p.m elektrik naqilləri yanıb. Məktəb yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 may 2024-cü il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

24 may 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

24 may 2024-cü il saat 08:30-dək:

Kürdəmir rayonunun Qoçulu kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 73 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 may 2024-cü il saat 01:25-dək:

Şəmkir şəhərində "ВАЗ" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 may 2024-cü il saat 00:15-dək:

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə, içərisində 1 ədəd kondisioner və 5-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin eyvanının 1 ədəd plastikdən ibarət qapısı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu