
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 24 noyabr 2026-cı il saat 21:00-dək
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonunun İsmayılbəyli kəndində 1 nəfərin quyuya düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində dərinliyi təqribən 17 metr olan su quyusundan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
24 noyabr 2026-cı il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 1 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas edilib.











