Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

25 may 2024-cü il saat 16:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 130 m² olan saunanın taxtadan ibarət üzlüyü 30 m² sahədə yanıb. Saunanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

25 may 2024-cü il saat 15:45-dək:

Şamaxı rayonunun Göylər Dağ kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 16 p.m mebel və 2 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

25 may 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.

25 may 2024-cü il saat 08:00-dək:

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin mətbəxində 3 p.m mebel yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

25 may 2024-cü il saat 02:00-dək:

Şəmkir rayonunun Dəllər Daşbulaq kəndində ümumi sahəsi 20 m² olan hinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu