

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


26 mart 2025-ci il saat 16:45-dək:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 52 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
26 mart 2025-ci il saat 16:15-dək:
Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün taxta atmaları 9 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
26 mart 2025-ci il saat 15:30-dək:
Sabirabad rayonunun Cavad kəndində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 30 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik talvarın lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
26 mart 2025-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.