Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

27 mart 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

27 mart 2025-ci il saat 07:45-dək:

Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 90 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisində 120 ədəd qəlib yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27 mart 2025-ci il saat 07:30-dək:

Kürdəmir rayonunun Sığırlı kəndində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu