

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


28 mart 2025-ci il saat 18:00-dək:
Qəbələ şəhərində “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
28 mart 2025-ci il saat 17:00-dək:
Ucar rayonunun Boyat kəndində ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 4,5 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
28 mart 2025-ci il saat 16:55-dək:
Ağcabədi rayonunun Mehrablı kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət tövlə 12 m² sahədə və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
28 mart 2025-ci il saat 10:25-dək:
Sabirabad rayonunun Şəhriyar kəndində ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.